“Şahdəniz“ Avropa İttifaqı ölkələrinin təbii qaza olan ehtiyacını ödəməyə töhfə verəcək”
Tarix: 11.12.2014 | Saat: 16:01:00 | E-mail | Çapa göndər


"Şahdəniz" qaz-kondensat yatağından hasil edilən təbii qaz təkcə Türkiyənin təbii qaza olan ehtiyacını ödəməyəcək. Eyni zamanda "Şahdəniz" Avropa İttifaqı ölkələrinin də təbii qaza olan ehtiyacını ödəməyə töhfə verəcək”.
Türkiyə prezidentinin rəsmi saytında yer alan məlumata görə, bunu Türkiyə dövlətinin başçısı Rəcəb Tayyip Ərdoğan Beynəlxalq Yanacaq və Təbii Qaz Strategiyaları Simpoziumu münasibətilə keçirilən mərasimdə çıxışı zamanı deyib.
Türkiyə prezidenti həmçinin təbii qaz sektorunda 2007-ci ildə Bakı-Tilfis-Ərzurum təbii qaz boru xəttinin və Türkiyə-Yunanıstan təbii qaz birləşdiricisinin fəaliyyətə başladığını xatırladıb.
Ərdoğan həmçinin bildirib ki, Türkiyə Azərbaycanla 2018-ci ildən başlayaraq 6 mlrd. kubmetr təbii qazın ölkəsinə tədarükünü nəzərdə tutan bir anlaşma imzalayıb. Bundan başqa, prezident illik 10 mlrd. kubmetr Azərbaycan qazının inşa ediləcək yeni bir boru xətti ilə Türkiyədən Avropaya nəqli üçün TANAP layihəsi ilə əlaqədar anlaşmaların da əldə olunduğunu qeyd edib.
“TANAP-ın əsas boru xətlərinin alış-satışına dair anlaşmalar da oktyabr ayında Türkiyədə imzalandı. Bu anlaşma nəticəsində təxminən 1 800 kilometrlik əsas boru xəttinin tədarükünün 80%-nı yerli polad istehsalçısı türk firmaları həyata keçirəcək”, - deyə Türkiyə dövlət başçısı R. T. Ərdoğan bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info