Andro Şilakadze: “Azərbaycanda insan hüquqlarının qorunması sahəsində görülən işləri yüksək qiymətləndiririk”
Tarix: 11.12.2014 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


Bakıda “Əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsində bərabər imkanlar” mövzusunda konfrans keçirilib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və BMT-nin Uşaq Fondunun (UNICEF) təşkilatçılığı ilə keçirilən konfrans 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında Konvensiyasının 35-ci və Uşaq Hüquqları Konvensiyasının 25-ci ildönümünə həsr olunub.
Tədbirdə çıxış edən ombudsman Elmira Süleymanova BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin insan hüquqları sahəsində sonralar qəbul edilən digər sənədlərin əsasını təşkil etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, Bəyannamənin qəbul edilməsi insan hüquqlarının müdafiəsi ideyasının, əhalinin müxtəlif qruplarının hüquqlarının bərabər imkanlar əsasında beynəlxalq səviyyədə tanınmasına, insan hüquqlarının beynəlmiləlləşməsinə və təşviqinə imkan verib. Bəyannamənin prinsipləri bir çox beynəlxalq konvensiyalarda, həmçinin Azərbaycan Respublikasının Konstitusiyasında və milli qanunvericiliyimizdə öz əksini tapıb. Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması və təmin olunması istiqamətində mühüm addımlar atıldığını deyən müvəkkil bildirib ki, Prezident İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması sahəsində Milli Fəaliyyət Proqramı” təsdiq olunub. Ötən üç il müddətində Milli Fəaliyyət Proqramında nəzərdə tutulmuş bir çox məsələlər artıq icra edilib. İnsan hüquqları sahəsində üç strateji əhəmiyyət kəsb edən dövlət sənədinin təsdiq edilməsi ölkədə əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinə mühüm töhfələr verib.

“Məqsəd qanunların daha kəskin hazırlanmasıdır”

Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi dünyada ən çox istinad olunan sənəddir və bu da onun ümumbəşəri mahiyyətini, əhatə dairəsinin genişliyini bir daha təsdiq edir. Millət vəkili bildirib ki, Qarabağ münaqişəsinin nəticəsi olaraq bu gün Azərbaycanda 12 min Qarabağ əlili və 18 min şəhid ailəsi mövcuddur. O bildirib ki, Azərbaycanda demokratik dövlət qurulmasının və insan hüquqlarının təmin edilməsinin əsası Heydər Əliyev tərəfindən qoyulub: “Azərbaycanda 1 milyon insanın bütün hüquqlarının pozulduğu bir dövrdə Heydər Əliyev hakimiyyətə gəldi. Bu dövrdə ilk addımlar atmaq, insan hüquqları konvensiyasına qoşulmaq, uşaq hüquqları haqqında qanun qəbul etmək olduqca ağır idi. Amma Heydər Əliyevin sayəsində keçid dövrünün islahatları həyata keçirildi. Bu gün də qanunvericilikdə elə sənədlər qəbul etməyə çalışırıq ki, icra vaxtı boşluqlar olmasın. Bəzən qanunlarda hansısa boşluq olanda icrada problem yaradır. Əsas məqsəd qanunların daha kəskin hazırlanması və yerlərdə onun icrasına nəzarətin həyata keçirilməsidir”.

BMT ilə yeni yeni tərəfdaşlıq planı

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broek təşkilatın baş katibi Pan Gi Munun Beynəlxalq İnsan Hüquqları Günü ilə bağlı müraciətini diqqətə çatdırıb. O, təmsil etdiyi beynəlxalq qurumun yarandığı gündən insan hüquqları dəyərlərinin qlobal müdafiəsini həyata keçirdiyini qeyd edib. Bildirilib ki, insan hüquqlarının təşviqi BMT-nin əsas məqsədlərindən biridir. Təşkilat Azərbaycan dövləti ilə insan hüquqlarının qorunmasının bütün istiqamətləri üzrə əməkdaşlığını daha da genişləndirməyə hazırdır. A.Broek Azərbaycanla BMT arasında 2016-2020-ci illəri əhatə edəcək yeni tərəfdaşlıq çərçivəsində iş aparıldığını bildirib. UNICEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Andro Şilakadze Uşaq Hüquqları Konvensiyasının 25 illiyinin bütün dünyada qeyd edildiyini diqqətə çatdırıb. O, Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması sahəsində görülən işləri yüksək qiymətləndirib.

86 rayondan 77-də icra hakimiyyəti başçılarının müavinlərinin biri qadındır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova ölkəmizdə qadın və uşaq hüquqlarının təmin edilməsi məsələsinə böyük önəm verildiyini diqqətə çatdırıb. Azərbaycanda qadınların qərar qəbul etmə, dövlətin idarə olunması, ümumiyyətlə, hər bir sahədə təmsil olunması istiqamətində müəyyən nailiyyətlər əldə olunub. S.Qəhrəmanova deyib ki, bələdiyyələrdə qadın təmsilçilərinin sayı 4%-dən 26,7%-dək artıb. Onun sözlərinə görə, idarəetmədə Azərbaycanın 86 rayonundan 77-də icra hakimiyyəti başçılarının müavinlərinin biri artıq qadındır: “Bu gün Azərbaycanda artıq kişi-qadın peşəsi yoxdur. Ölkədə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasın. Əsas bizi narahat edən hüquq-mühafizə orqanları idi ki, artıq bu gün mövcud sahədə həm rəhbər, həm də daxili işlər orqanlarında qadınların fəaliyyət göstərməsinə nail olunub. Sahibkarlıq fəaliyyətində qadınların faizinin 19%-ə çatması bizi sevindirir. Çünki Azərbaycan müstəqilliyini əldə edəndən sonra həm kişilərin, həm də qadınların sahibkarlığa üz tutması çox vacib məsələlərdən biridir”. S.Qəhrəmanova qeyd edib ki, müəyyən işlər görülsə də, bu gün qarşıda hələ çox işlər dayanır: “Məişət zorakılığı, o mühitdə böyüyən uşaqlar, zorakılıq nəticəsində küçə uşaqlarından danışırıqsa, həmçinin əlil uşaqların hüquqlarının qorunması istiqamətində böyük tədbirlərin, hüquqi təhsil sisteminin həyata keçirilməsi kimi məsələlər Azərbaycan hökumətinin qarşısında durur”.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən bəhs edib.
Konfransda insan hüquqlarının müdafiəsi sahəsində dövlət qurumları ilə vətəndaş cəmiyyətinin əməkdaşlığından, uşaq hüquqlarının təşviqində QHT-lərin rolundan danışılıb.
Sonda müvəkkilin ənənəvi olaraq keçirdiyi “Hüquqlar hamı üçün!” mövzusunda jurnalist yazıları, “Mən və hüquqlarım” mövzusunda uşaq rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıblar.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”
16.11.2018
Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info