Tiflisdə Heydər Əliyevin anım gününə həsr olunan tədbir
Tarix: 11.12.2014 | Saat: 17:09:00 | E-mail | Çapa göndər


Gürcüstan paytaxtındakı Mirzə Fətəli Axundov adına Mədəniyyət Muzeyində Borçalı İrəli İctimai Birliyinin (BİİB) və muzeyin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib.
Tədbiri Borçalı İrəli İctimai Birliyinin sədri Məhəbbət İmanov açaraq Heydər Əliyevin Azərbaycan müstəqilliyi və azərbaycançılıq ideyaları uğrunda mübarizəsindən söhbət açıb.
Tədbirdə Tiflis Texniki Universitetin professoru, akademik Quram Qvenadze, professorlar David Qununaşvili, İvane Ocaidze çıxış edərək Gürcüstan-Azərbaycan dostluğundan, Heydər Əliyevin Gürcüstan və Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsində olan rolundan, onun müstəqil Azərbaycan siyasətindən, Gürcüstandan keçən beynəlxalq layihələrdən və Azərbaycanın siyasi, iqtisadi və hərbi cəhətdən güclü dövlətə çevrilməsindən danışıblar.
Tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film və kitablar nümayiş olunub. Anım gününə həsr olunan tədbirdə Tiflisdə fəaliyyət göstərən müxtəlif universitetlərin gürcü və azərbaycanlı tələbələri, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, media nümayəndələri iştirak edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
Azərbaycanda münaqişəli ailələrin sayı artır
19.02.2019
Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə Baş direktoru Şimal bölgəsinə səfər edib
19.02.2019
“EcoArt” layihəsi başa çatıb
19.02.2019
Peşə hazırlığı kurslarının Almaniya təcrübəsinə uyğun təşkili məsələləri müzakirə olunub
19.02.2019
Şəhidlik ölməzlikdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info