Əli Həsənov: “Türkiyə və Azərbaycan mediası ölkələrimizin ortaq maraqlarından çıxış etməlidir”
Tarix: 11.12.2014 | Saat: 17:11:00 | E-mail | Çapa göndər


“Türkiyə və Azərbaycan mediası texnologiyaların hansı səviyyədə dəyişməsindən asılı olmayaraq ölkələrimizin ortaq maraqlardan çıxış etməlidir”. AzərTAc xəbər verir ki, bu barədə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dekabrın 11-də Bakıda keçirilən “Türkiyə və Azərbaycan mediası: tarixi müqayisələr və ənənəvi mediadan onlayn mediaya keçid” mövzusunda konfransdakı çıxışında danışıb. Azərbaycan ilə Türkiyə media qurumlarının əlaqələrindən bəhs edən Ə.Həsənov deyib: “Dövlətlərimiz vahid mövqedən çıxış edirsə, diaspor təşkilatlarımız, səfirliklərimiz mütəmadi olaraq qarşılıqlı fəaliyyət göstərirlərsə, Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan bütün məsələlərdə ölkələrimizin maraqlarından çıxış edərək vahid hədəflər uğrunda addımlar atırsa, nə üçün bizim media orqanları da birgə fəaliyyət göstərməsin. Sizə bir faktı xatırladım. Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində regionun 15-ə yaxın ölkəsinin rəsmilərinin toplaşdığı tədbirdə forpost dövlət olan Ermənistanın prezidenti Serj Sarkisyan Türkiyənin əleyhinə danışarkən, Azərbaycan Prezidenti onun sözünü saxladı və dedi ki, sən Türkiyənin burada olmamasından sui-istifadə edib, dövlətin ünvanına böhtanlar yağdırma. Türkiyə burada olmasa da, mən buradayam və sənin cavabını verəcəm. Təkcə bu ifadələrin özü bu gün Azərbaycanın və Türkiyənin dövlət başçıları arasında olan münasibətlərin nə səviyyədə olduğunu göstərir”.
1998-2000-ci illərdə Azərbaycana ən böyük yatırımların Türkiyə tərəfindən qoyulduğunu deyən Ə.Həsənov bildirdi ki, ölkəmiz neftdən əldə olunan gəlirlər sayəsində özünün iqtisadi durumunu yaxşılaşdırdıqdan sonra xaricə sərmayələr qoymağa başlayıb. O deyib: “Azərbaycan ən böyük yatırımlarını Türkiyə iqtisadiyyatına qoyub. Yaxın 5 ildə Azərbaycan dövləti Türkiyə iqtisadiyyatına 20 milyard dollar vəsait yönəldib. Bu da Azərbaycan neftinin qardaş ölkəyə gətirdiyi üstünlüklərdir ki, Türkiyədə çoxlu sayda iş yeri açılıb. Bütün bunlara görə mən bugünkü konfransı çox aktual hesab edirəm. Düşünürəm ki, iki ölkənin jurnalistləri də dövlətlərimizin strateji xəttini qoruyaraq, prezidentlərimizin yürütdüyü siyasətdən və ulu öndərlərimiz – Mustafa Kamal Atatürkün və Heydər Əliyevin müəyyənləşdirdiyi xətdən çıxış edərək, ölkələrimizin maraqlarını qorumalıdırlar. Media texnologiyaları hansı səviyyədə dəyişməsindən asılı olmayaraq, hər iki ölkənin jurnalistləri ortaq maraqlardan çıxış etməlidir. Əlbəttə peşəkar jurnalistlər konfransda bu barədə danışacaqlar. Ənənəvi media strukturları yerini modern media strukturlarına verir. Bu da ondan irəli gəlir ki, müasir dövrdə ənənəvi ünsiyyət forması virtual ünsiyyət formasına keçir. Buna müvafiq olaraq həm Azərbaycan, həm Türkiyə getdikcə modernləşərək mövcud strukturlarını, o cümlədən media strukturlarını müasir çağırışlara uyğunlaşdırır. Jurnalistlər unutmamalıdırlar ki, hansı şəraitdə, hansı texniki vasitələrlə, hansı maddi və mənəvi mühitdə fəaliyyət göstərməsindən asılı olmayaraq, onlar dövlətlərimizin, xalqlarımızın maraqlarını nəzərə almalı və bu maraqların təmin olunmasına töhfələrini verməlidirlər”.
Jurnalistikanın böyük qüvvə olduğunu deyən, ulu öndər Heydər Əliyev jurnalistlərin fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayan Ə.Həsənov bildirib: “Ulu öndər deyib ki, əgər bu gün jurnalistlərin fəaliyyəti olmasa, bizim həyata keçirdiyimiz tədbirlər və idarəçilik strukturlarının gördüyü işlər barədə məlumatlar insanlara çatdırıla bilməz. Əgər insanlara çatdırıla bilməzsə, deməli, bu fəaliyyət insanlar tərəfindən dəyərini tapmayacaq. Jurnalistlər idarəçilərlə idarə olunanlar arasında ən sıx əlaqə vasitəsidir və hakimiyyətin siyasətini xalqa, xalqın da idarəçiliklə bağlı rəyini hakimiyyətə çatdıraraq ümumi əlaqəni yaradır. 1993-cü ildən Azərbaycanda azad medianın inkişafı sahəsində atılan addımlar ölkə mediasını bu gün nəinki respublikamızda, bütün bölgədə aparıcı mövqeyə çıxarıb. İndi Azərbaycan jurnalistlərinin səsi bütün dünyadan gəlir”.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Üçtərəfli görüşün yekunlarına dair protokol imzalanıb
21.11.2018
Moskvada MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin altıncı görüşü keçirilib - YENİLƏNİB
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info