“Dövlət Departamenti beynəlxalq ictimaiyyətə qərəzli, yalan informasiyalar təqdim etməklə məşğuldur”
Tarix: 11.12.2014 | Saat: 17:22:00 | E-mail | Çapa göndər


Azər Qasımov: “Mən bir daha ABŞ Dövlət Departamentini diqqəti öz ölkəsində demokratik prinsiplərin açıq-aydın və kobud şəkildə pozulması hallarına yönəltməyə çağırıram”

Prezidentin mətbuat katibi Azər Qasımovun APA-ya müsahibəsini təqdim edirik:

- ABŞ Dövlət Departamentinin və Avropa İttifaqının sözçüləri, Avropa Şurası və AŞPA rəhbərləri Xədicə İsmayılova ilə bağlı bəyanatla çıxış ediblər. Yenidən məsələyə münasibətinizi bilmək istərdik.

- Mən bir daha bəzi beynəlxalq təşkilatların nümayəndələrinin və ABŞ Dövlət Departamentinin bu bəyanat və çıxışlarını Azərbaycana qarşı aparılan qərəzli, heç bir fakta və reallığa əsaslanmayan, açıq-aydın ikili standartlara söykənən bir kampaniyanın davamı kimi qiymətləndirirəm. İqtisadi böhran yaşayan Avropada insan haqlarının tapdalanması, irqi ayrı-seçkilik, faşizm meyllərinin artması, multikulturalizmə qarşı hücumların gücləndiyi bir dövrdə Avropa strukturlarının nümayəndələri beynəlxalq ictimaiyyətin əsas diqqətini öz problemlərindən yayındırmağa çalışırlar. ABŞ Dövlət Departamenti nümayəndəsi Cen Psakinin çıxışına gəldikdə isə, onun Xədicə İsmayılova ilə bağlı verilən suallara cavablarına diqqəti yönəltmək istəyirəm. O, on gün ərzində verdiyi iki bəyanatda demək olar ki, bir söz belə dəyişilmədən, yenə də heç bir reallığa əsaslanmayan şablon ifadələr işlətməklə, bir daha öz qeyri-peşəkarlığını nümayiş etdirib. Mən bir daha ABŞ Dövlət Departamentini diqqəti öz ölkəsində insan haqları və azadlıqları, ümumiyyətlə demokratik prinsiplərin açıq-aydın və kobud şəkildə pozulması hallarına yönəltməyə çağırıram. İrqi zəmində qarşıdurma, Ferqyuson hadisələri ilə bağlı öz haqlarını müdafiə etmək üçün etiraz aksiyasına çıxmış dinc nümayişçilərə qarşı sanki hərbi əməliyyatlar keçirilməsinin, günün günorta çağı heç bir müqavimət göstərməyən insanın polislər tərəfindən boğulub öldürülməsi, hətta uşaq və yeniyetmələrin polislər tərəfindən qətlə yetirilməsi kimi dəhşətli halların biz bu yaxınlarda şahidi olduq.
Ötən dəfə bu məsələlərlə bağlı sualınıza cavab verərkən Amerika Birləşmiş Ştatlarında söz və fikir azadlığı sahəsində vəziyyətin də acınacaqlı olduğunu bildirmişdim. Bu ölkədə kütləvi informasiya vasitələri nümayəndələrinə qarşı təqiblər geniş vüsət alır, jurnalistlər peşə fəaliyyəti ilə məşğul olduqları zaman həbs olunur, hüquq-mühafizə orqanları tərəfindən kütləvi informasiya vasitələri əməkdaşlarının telefon danışıqları və internet yazışmaları tam nəzarət altında saxlanılır.

“Cen Psaki Xədicə İsmayılova ilə bağlı on gün ərzində verdiyi iki bəyanatda qeyri-peşəkarlığını növbəti dəfə nümayiş etdirdi”

Bütün bunların fonunda beynəlxalq ictimaiyyət Amerika Birləşmiş Ştatları Senatında təqdim olunmuş sənəddə dünyanı şoka salan dəhşətli faktlardan xəbərdar oldu. Məruzədən göründüyü kimi, ABŞ xüsusi xidmət orqanları tərəfindən işgəncələrin tətbiq olunması uzun illər adi hala çevrilibmiş. ABŞ Dövlət Departamenti öz ölkəsində demokratiyanın və insan haqlarının tapdalanması faktlarını görməməzliyə vuraraq mütəmadi olaraq bir sıra ölkələrdə, o cümlədən, Azərbaycanda baş verən hər hansı kiçik bir hadisəni süni şəkildə qabardaraq beynəlxalq ictimaiyyətə qərəzli, yalan informasiyalar təqdim etməklə məşğuldur. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan müstəqillik əldə etməsindən keçən qısa bir dövrdə demokratiyanın və fundamental insan haqlarının təmin edilməsi sahəsində böyük nailiyyətlər əldə edib və Azərbaycan hökuməti bu istiqamətində fəaliyyətini bundan sonra da uğurla davam etdirəcək.




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
TÜRKPA Katibliyində Novruz bayramı münasibətilə tədbir keçirilib
19.03.2019
Fond yaranmasının 10-cu ildönümü və Novruz bayramı münasibətilə təntənəli mərasim təşkil edib
18.03.2019
Əfv sərəncamlarının verilməsi humanizm, əxlaqi və cəmiyyətdaxili harmoniyanın qorunması baxımından böyük önəm daşıyır
18.03.2019
Əfv sərəncamı respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirdi
18.03.2019
Millət vəkili: Əfv sərəncamı ümumi ictimai həmrəylik baxımından da əlamətdar hadisəyə çevrildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10698

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info