Asiya İnkişaf Bankı şəhərsalma proqramının təkmilləşdirilməsinə dəstək verir
Tarix: 11.12.2014 | Saat: 17:26:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Asiya İnkişaf Bankının (AİB) ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüş olub. Görüşdə məqsəd AİB tərəfindən Azərbaycanda Dövlət Şəhərsalmanın Qiymətləndirilməsi üzrə aparılan işlərlə bağlı məsləhətləşmələrin aparılması olub. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov Azərbaycanla AİB arasında əməkdaşlığın inkişafından söz açaraq, bu əməkdaşlığın ölkəmizdə mühüm infrastruktur layihələrinin icrasına önəmli töhfələr verdiyini vurğulayıb. İ.Rəhimov bildirib ki, AİB-in ölkəmizdə maliyyələşdirdiyi layihələr sosial infrastrukturun inkişafına, nəticə etibarilə yaşayış şəraitinin yaxşılaşdırlmasına yönəlib. Hazırda respublikada şəhərsalma proqramının təkmilləşdirilməsi yönündə AİB tərəfindən bir dəstək olaraq Dövlət Şəhərsalmanın Qiymətləndirilməsi işləri aparılır. Bu işlərdə şəhərsalmaya kompleks yanaşmanın ifadəsi olaraq, inkluzivliyin, bərabər imkanların təmin olunması prinsipinin də nəzərə alınması müsbət haldır. Qeyd olunub ki, respublikada yaşayış və xidmət infrastrukturunun əlilliyi olan şəxslərin istifadəsinə uyğunluğunun təmin olunması sahəsində müvafiq işlər görülür. Tikinti və şəhərsalma barədə qanunvericiliyin tələblərinə uyğun olaraq, yeni infrastruktur layihələrinin icrası, obyektlərin, keçidlərin inşası, ictimai nəqliyyat vasitələrinin alınması zamanı bu məsələ diqqətdə saxlanır.
AİB-in nümayəndə heyətinin üzvü Kolin Arnot ötən dövrdə AİB və Azərbaycanın birgə layihələrdə əldə etdiyi müsbət iş təcrübəsinin Dövlət Şəhərsalmanın Qiymətləndirilməsi işlərinin uğurla aparılması üçün əsas olduğunu qeyd edib. O qiymətləndirmə işlərinin şəhərsalmada bütün vacib amilləri əhatə etdiyini və aparılan məsləhətləşmələrin bu sahədə fəaliyyətin təkmilləşməsinə xidmət etdiyini vurğulayıb.
Görüşdə Azərbaycanda Dövlət Şəhərsalmanın Qiymətləndirilməsi üzrə aparılan işlərin əlilliyi olan şəxslərlə bağlı prioritetləri, şəhər infrastrukturunda belə insanların gündəlik tələbatlarının nəzərə alınması və s. məsələlər müzakirə olunub.




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Taksidə siqaret çəkməyin!
19.04.2019
“NAR” işçi axtarır
19.04.2019
İşəgötürən əməyin mühafizəsi məqsədilə işçiləri fərdi mühafizə vasitələri ilə təmin etməlidir
19.04.2019
“AccessBank“da vakansiya
18.04.2019
“İşsizin DOSTu” layihəsi 33 mindən çox vətəndaşla əmək müqaviləsi bağlayıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info