İngiltərənin Azərbaycandakı səfiri “Fəxri qonaq” diplomu ilə təltif edilib
Tarix: 11.12.2014 | Saat: 18:08:00 | E-mail | Çapa göndər


Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq Bakı Ali Neft Məktəbində olub. Bu barədə ali məktəbdən məlumat verilib.
Görüş zamanı Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qeyd edib ki, Azərbaycanın Böyük Britaniya ilə əlaqələri yüksək səviyyədədir. Rektor əlavə edib ki, iki ölkə arasında təhsil sahəsində münasibətlərin inkişafında BANM də mühüm rol oynayır. E.Qasımov həmçinin səfirə məlumat verib ki, Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə Ali Məktəbin əməkdaşlığı çərçivəsində Universitetin müəllimləri burada imtahan prosesində yaxından iştirak edirlər.
E.Qasımov həmçinin səfirin diqqətinə çatdırıb ki, BANM beynəlxalq neft-qaz şirkətləri ilə əməkdaşlıq edir və o, bu günlərdə “BP”-nin regional prezidentinin ali məktəbin tələbələri ilə görüşünü xatırladıb. O bildirib ki, bu ali təhsil ocağı gələcəkdə “BP” və bu kimi beynəlxalq neft-qaz şirkətlərinin əsas kadr potensialının təminatçısı olacaq.
Rektor həmçinin əlavə edib ki, qəbul imtahanlarında ən yüksək bal toplayan tələbələr məhz BANM-i seçirlər.
Hazırda dünyada ingilis dilinin artan rolundan danışaraq, o, beynəlxalq səviyyəyə qalxmaq üçün ingilis dilinin bir vasitə olduğunu və təhsil sahəsində də vacib amil kimi çıxış etdiyini deyib. E.Qasımov BANM-in “British Council” ilə sıx əməkdaşlığı barədə söz açıb.
Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə qurulan uğurlu əməkdaşlıq haqqında danışan rektor, həmçinin vurğulayıb ki, Böyük Britaniya elm və təhsil mərkəzləri ilə əməkdaşlıq əlaqələrinin qurulması BANM üçün xüsusi maraq kəsb edir.
İ.Siddiq BANM-də olmaqdan məmnunluğunu bildirib. Böyük Britaniya və Azərbaycan arasında olan ikitərəfli münasibətlərdən danışan səfir iki ölkə arasında əlaqələrin daim inkişaf etdiyini və bu əlaqələrin bütün sahələrdə, istər iqtisadiyyat, istərsə də, humanitar sahədə uğurlu olduğunu vurğulayıb.
Səfir BANM-in Heriot-Vatt Universiteti ilə əməkdaşlığından məmnunluq ifadə etdi. İki ölkə arasında, xüsusən təhsil müəssisələri arasında əlaqələrin genişlənməsində bu əməkdaşlığın digər universitetlərə nümunə olduğunu dedi. Səfir ali məktəbin gələcək inkişafında uğurlar arzulayıb. O, Böyük Britaniyanın universitetləri ilə BANM arasında gələcək mümkün əməkdaşlıq perspektivlərinin də yüksək olduğunu bildirib. Görüşün sonunda E.Qasımov səfir İ.Siddiqi “Fəxri qonaq” diplomu ilə təltif edib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib
14.11.2018
Savelyev: “Rusiya ilə Azərbaycanın münasibətləri bu potensialın reallaşdırılmasının parlaq nümunəsidir”
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada arzuolunmaz şəxs elan olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info