Yatsenyuk: “Ukrayna iqtisadi potensialının 20 faizini itirib”
Tarix: 11.12.2014 | Saat: 18:14:00 | E-mail | Çapa göndər


“Korrupsiya dövlət hakimiyyətini, hüquq-mühafizə orqanlarını bürüyüb”

Ukraynanın baş naziri Arseni Yatsenyuk bu gün ölkənin qarşısında dayanan üç əsas çağırışın nədən ibarət olduğunu bildirib. O, bu barədə Ali Radada hökumətin fəaliyyət proqramını təqdim edərkən danışıb. Bu haqda “Ukrinform” yazır. Yatsenyukun sözlərinə görə, birinci çağırış müstəqilliyə təhlükədir: “Bu təhdid birinci növbədə, Rusiya aqressiyası ilə bağlıdır. O, etiraf edib ki, bu aqressiya ilə bərabər, Ukraynanın Rusiyadan enerji asılılığı var. İkinci çağırış iqtisadiyyatın hərbi ilə bağlı itkiləridir. Yatsenyukun sözlərinə görə, “dövlət müharibə nəticəsində iqtisadi potensialının 20 faizini itirib: “Bu gün situasiya 9 ay bundan öncəkindən daha ağırdır”.
Yatsenyuka görə, Ukrayna üçün üçüncü çağırış korrupsiyadır. Onun fikrincə, korrupsiya dövlət hakimiyyəti orqanlarını, hüquq-mühafizə orqanlarını və sair instansiyaları bürüyüb.
Qeyd edək ki, dekabrın 9-da Ukrayna hökuməti özünün 2015-2016-cı illər üçün fəaliyyət planını elan etmişdi. Parlamentdəki fraksiyalardan birinin başçısı Yuri Lutsenko Nazirlər Kabinetinin təqdim etdiyi proqramdan narazılığını bildirib və bu proqramı tələbə “xaltura”sı ilə “Murzilka” jurnalı arasında aralıq bir nəsnə adlandırıb.

İlkin




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib
19.09.2018
QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info