“O yaşayır, yaşayacaq!”
Tarix: 11.12.2014 | Saat: 20:40:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümünə həsr olunmuş “O yaşayır, yaşayacaq!” mövzusunda elmi konfrans keçirilib. Universitetin elmi işlər üzrə prorektoru, dosent Mübariz Nuriyev konfransı giriş sözü ilə açaraq ümummilli liderin çoxşaxəli siyasi fəaliyyətindən, milli elm və təhsilin, mədəniyyətin və ədəbiyyatın, qədim və zəngin tariximizin öyrənilməsindəki misilsiz xidmətlərindən, demokratik cəmiyyət quruculuğuna, Azərbaycanın hərtərəfli tərəqqisinə xidmət edən məqsədyönlü siyasətindən bəhs edib. Konfransda Tarix müəllimliyi ixtisası üzrə II kurs tələbələri Aynur Ləzgiyeva “Ulu öndər Heydər Əliyev və Azərbaycan gəncliyi”, Səma Məmmədova isə “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir” mövzusunda məruzələr edərək ümummilli liderin Azərbaycan gəncliyinə göstərdiyi qayğı və etimaddan, milli müstəqilliyimizin memarı və qurucusu kimi atdığı qətiyyətli siyasi addımlardan, Azərbaycanın inkişaf etmiş dövlətlər səviyyəsinə çatmasında, haqq səsinin bütün dünyada bəyan olunmasında, beynəlxalq müstəvidə yetərincə tanınmasında müstəsna xidmətlərindən bəhs ediblər. Konfransda muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə III kurs tələbələri Nərmin Orucovanın “Heydər Əliyevin Azərbaycançılıq siyasəti və çağdaş Naxçıvan qadını”, Səmanə Rüstəmovanın “Naxçıvan muzeyləri Heydər Əliyev epoxasında”, Nihad Tarverdiyevin “Müstəqil dövlətin təhlükəsizliyinə gedən yol” mövzusunda məruzələri dinlənilib. Məruzələrdə ümummilli liderin azərbaycançılıq ideologiyasını böyük siyasətdə ləyaqətlə daşımasından, milli mədəniyyət abidələrinə, tarixi varidata olan diqqət və qayğısından, Azərbaycanın dövlət müstəqilliyini siyasi xaos və anarxiyadan, vətəndaş qarşıdurmasından, xarici seperatçıların təzyiqlərindən qoruyaraq əbədiləşdirməsindən danışılıb. Tarix üzrə fəlsəfə doktoru Sevinc Abbasova dahi öndər ilə 1993-cü ilin yanvar ayına təsadüf edən görüşünün təəssüratlarını konfrans iştirakçıları ilə bölüşüb. Qeyd olunub ki, çox çətin və ağır şəraitdə Naxçıvan Muxtar Respublikasını məhv olmaqdan xilas edən, qeyri-adi iradə sahibi, fenomenal şəxsiyyət olan ümummilli liderin görüş zamanı XI sinif şagirdinə verdiyi dəyərli tövsiyələr bugünkü müstəqil Azərbaycan gəncliyi üçün də müqəddəs amal hesab olunmalıdır. Sonda tələbələrin ifasında ümummilli liderə həsr olunmuş şeirlər bədii qiraət olunub. Tarix-filologiya fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, dosent İman Cəfərli konfransa yekun vuraraq tələbə gəncliyin ümummilli liderin şərəfli həyat yolunu, siyasi irsini, parlaq ideyalarını sonsuz sevgi və maraqla öyrənmələrini yüksək dəyərləndirib.

Mehriban SULTAN
Naxçıvan Dövlət Universitetinin Mətbuat şöbəsinin müdiri





 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info