“ABŞ xüsusi xidmət orqanları “adam oğurluğu” ilə məşğul olublar“
Tarix: 11.12.2014 | Saat: 21:13:00 | E-mail | Çapa göndər


“ABŞ Senatının Mərkəzi Kəşfiyyat İdarəsinin həbs və dindirmə proqramı haqqında bu ilin 9 dekabr tarixində təqdim etdiyi hesabat ABŞ-da insan hüquqlarının pozulması sahəsində ciddi problemlərin olduğunu bir daha göstərir”. Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev ABŞ Dövlət Departamenti sözçüsünün 10 dekabr tarixində Azərbaycanla əlaqədar səsləndirdiyi fikirləri və ABŞ Senatının Birləşmiş Ştatların xüsusi xidmət orqanlarının işgəncə metodları ilə bağlı hesabatını şərh edərkən deyib.
O, qeyd edib ki, bu kimi problemlərin müqabilində ABŞ-ın digər ölkələrdə insan hüquqlarına dair yanaşmaları Birləşmiş Ştatların özünü insan hüquqlarının “carçısı” kimi qələmə vermək və insan hüquqlarını xarici siyasət alətinə çevirmək siyasətinin göstəricisidir.
H.Hacıyev bildirib ki, ABŞ Senatının Mərkəzi Kəşfiyyat İdarəsinin həbs və dindirmə proqramı haqqında hesabatı ilə bağlı problemlər beynəlxalq ictimaiyyət və dünya kütləvi informasiya vasitələri ilə bərabər, bizim tərəfimizdən də diqqətlə izlənilir: "Haqqında bəhs olunan hesabatda heç bir mənəvi və hüquqi çərçivəyə sığmayan ən qəddar işgəncə formaları və metodlarının tətbiqi barədə təkzibolunmaz faktlar öz əksini tapıb. 548 səhifədən ibarət olan bu hesabatın hələ çox böyük hissəsi “milli təhlükəsizlik maraqları” adı altında ictimaiyyətə açılmayıb. Göründüyü kimi, ABŞ-ın xüsusi xidmət orqanları məhkəmə qərarı olmadan dünya səviyyəsində “adam oğurluğu” prinsipi əsasında ən ibtidai operativ məlumat və ya bir çox hallarda yalnız şübhə və mülahizələr əsasında insanların izsiz “oğurlanma”sını həyata keçirib. Bu şəxslər “Quantanamo”, “Bəhram” və “Əbu-Ğarib” həbsxanaları ilə bərabər, eləcə də Avropa İttifaqı üzv ölkələrində yerləşən gizli həbsxanalarda yerləşdirilib və onlara qarşı ən qəddar fiziki, mənəvi və psixoloji işgəncə metodları tətbiq edilib".
XİN rəsmisi deyib ki, bütün bu əməllər ABŞ-ın qoşulduğu insan hüquqları haqqında ümumi bəyannamə, BMT-nin İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiyası və Mülki və siyasi hüquqlar haqqında beynəlxalq Pakt üzrə öhdəliklərinin kobud şəkildə pozulmasıdır.
H.Hacıyev bildirib ki, beynəlxalq ictimaiyyətin ABŞ tərəfindən insan hüquqlarının kobud şəkildə pozulmasına münasibətdə artan narahatlığının fonunda ABŞ tərəfindən insan hüquqlarının pozulması faktları ilə əlaqədar siyasi və hüquqi nəticələr çıxarılmalıdır: "Biz də ABŞ-ı çağırırıq ki, başqa dövlətlərə münasibətdə insan hüquqları pərdəsi altında iradlarla çıxış etmək əvəzinə Ferqyuson və digər şəhərləri bürüyən kütləvi iğtişaşların köklü səbəbləri və haqqında bəhs olunan hesabatdan irəli gələn problemlərin həlli istiqamətində konkret addımlar atsın".
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
20.11.2018
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info