Leyla Yunus vətəndaş cəmiyyəti təmsilçilərinə qarşı aqressiv davrandı
Tarix: 11.12.2014 | Saat: 21:16:00 | E-mail | Çapa göndər


Bəzi KİV-lərdə hazırda həbsdə olan “hüquq müdafiəçisi” Leyla Yunusun həkim müayinəsindən keçirilməməsi, ona təzyiqlərin olması ilə bağlı fikirlər yer alır. Lakin belə fikirlərin yanlış olduğu bu gün bir daha aydın oldu. Belə ki, bu gün
Səhiyyə Nazirliyinin 7-8 nəfərdən ibarət tibb heyəti Bakı İstintaq Təcridxanasında Leyla Yunusu müayinə etmək istəyib. Eyni zamanda bir neçə vətəndaş cəmiyyəti nümayəndəsi bu heyətin tərkibində olub. Bu haqda xəbəri heyətin tərkibində olan “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli qəzetimizə məlumat verib: “Təəssüf ki, biz kameraya girərkən Leyla Yunus çox aqressiv şəkildə bizi qarşıladı. Ümumiyyətlə, müayinə olunmaqdan imtina etdi. Kobud şəkildə bizim kameradan çıxmağımızı tələb etdi. Əgər onun səhhətində problem varsa, vaxtında ardan qaldırılmasını istəyirdik. Hər bir məhkum üçün belə həkim heyəti təşkil edilmir. Müayinə üçün bütün tibb avadanlıqları kənardan gətirilmişdi. Lakin L.Yunus məlum olmayan səbəblərdən müayinə olunmaqdan imtina etdi”.
Ə.Abbasbəyli bildirdi ki, L.Yunusun kamera yoldaşları söhbət ediblər: “Onunla bərabər kamerada 3 nəfər qadın məhkum qalır. Onlar özlərinə və LeylaYunusa hər hansı təzyiqlərin olmadığını dedilər”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info