Qafqaz Universiteti ümummilli lideri yad etdi
Tarix: 11.12.2014 | Saat: 21:23:00 | E-mail | Çapa göndər


Qafqaz Universitetində ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib. Mərasimdə iştirak edən tələbə və müəllim heyəti tədbirin əvvəlində dahi şəxsiyyətin ruhunu bir dəqiqəlik sükutla yad etdilər. Mərasimi Qafqaz Universitetinin elmi işlər üzrə prorektoru, professor Niftalı Qocayev açdı. Ümummilli liderin həyat və fəaliyyətindən danışan natiq nitqini: “Tarixi şəxsiyyətlər hər zaman yetişmir. Onun hakimiyyətə gəlişi ölkəmizin ən çətin anlarında yaradanın Azərbaycana verdiyi bir hədiyyə oldu. Çünki 1990-cı illərdə torpaqlarımızın işğalı ərəfəsində Azərbaycanın yenidən ayaqda dayana biləcəyinə ümid yox idi. Ancaq bu gün bizim burada olmağımız, Azərbaycanın dünya dövlətləri ilə iqtisadi-siyasi rəqabət apara bilməsi, Heydər Əliyevin vaxtilə yeritdiyi uğurlu siyasətin nəticəsidir. Bütün bu əmanətləri öz üzərinə götürüb onun davam etdirilməsində isə möhtərəm Prezidentimiz İlham Əliyevin xidmətləri danılmazdır” sözləri ilə yekunlaşdırdı.
Tədbirdə universitetin rektoru, professor Ahmet Saniç də Heydər Əliyev haqqında səmimi fikirlərini səsləndirərək tələbələrə dahi şəxsiyyəti örnək göstərdi: “Bu günlərdə səfirlərdən biri mənə Azərbaycan haqqında bu sözləri dedi: “Biz 50 il çalışsaq da, Azərbaycanın 20 ildə gəldiyi səviyyəyə gələ bilmədik”. Bu o deməkdir ki, Azərbaycan sürətlə inkişaf edir. Bu inkişafın imzasını isə Heydər Əliyev atıb. Onun uğurlu siyasəti nəticəsində Azərbaycan bir yumruq halına gəldi və dünya miqyasında tanındı. Düşünürəm ki, bu ölkə daha da yüksələcəksə Prezident İlham Əliyevin rəhbərliyi ilə siz gənclərin sayəsində yüksələcək və sizlər də örnək olaraq bu dahi insanın həyatından qidalanmalısınız.”
Qeyd edək ki, tədbirdə Heydər Əliyevin həyatı haqqında qısa film və tələbələrin ifasında dahi şəxsiyyətə həsr olunmuş mahnılar və şeirlər səsləndirildi. Tədbirdən sonra universitetin müəllim kollektivi və tələbələri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və onun xanımı Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
Türkiyədə ən çox daşınmaz əmlak alan Azərbaycan vətəndaşlarıdır
17.06.2019
Baş Prokurorluq və DİN rəsmi məlumat yayıb
15.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
15.06.2019
İyunun 15-i xalqımızın bəlalardan qurtuluşunun carçısıdır
14.06.2019
Azərbaycanın bugünkü reallıqları Heydər Əliyev siyasətinin təntənəsi, milli qurtuluşun uğurlarıdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info