Universitet komandalarımız Gürcüstandakı olimpiadada uğur qazanıblar
Tarix: 11.12.2014 | Saat: 21:34:00 | E-mail | Çapa göndər


Gürcüstan Respublikasının Tbilisi şəhərində Gürcüstan Texniki Universitetində “39-cu ACM ICPC Tələbələrin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin yarımfinal mərhələsi (komanda) və Cənubi Qafqaz Açıq Çempionatı (komanda və fərdi) keçirilib. Hər iki müsabiqədə Azərbaycan Respublikasının 10 ali təhsil müəssisəsindən 16 komanda (hər komandada 3 tələbə): Qafqaz Universiteti 3, ADA Universiteti 4, Azərbaycan Texniki Universiteti 1, Bakı Dövlət Universiteti 1, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı 2, Azərbaycan Memarlıq və İnşaat Universiteti 1, Azərbaycan Universitet 1, Bakı Ali Neft Məktəbi 1, Odlar Yurdu Universiteti 1, Naxçıvan Dövlət Universiteti 1 komanda ilə təmsil olunub.
Müsabiqələrdə Qafqaz Universitetinin Kompüter Mühəndisliyi kafedrasının baş müəllimi Etibar Seyidzadənin rəhbərliyi ilə Qafqaz U 1, Qafqaz U 2, Qafqaz U 3, komandaları iştirak edib. Universitetin tələbələri olan Məhəmməd Vəliyev, Elmi Əhmədov və Təbriz Hacıyevin təmsil olunduğu Qafqaz U 1 komandası “39-cu ACM ICPC Tələbələrin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin 2014 Azərbaycan Çempionu sertifikatı ilə, Cənubi Qafqaz Açıq Çempionatının komanda müsabiqəsində isə III dərəcəli diplomla təltif edilib.
Qeyd edək ki, həmin müsabiqəsinin 1/4 final mərhələsi (X Azərbaycan Çempionluğu) Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, NAPCAR, IEEE Computer Society Azərbaycan bölməsi, IEEE Telecommunication Society Azərbaycan bölməsi, ACM Azərbaycan bölməsinin təşkilatı dəstəyi ilə 9 noyabr 2014-cü il tarixində Qafqaz Universitetində keçirilmişdi. Müsabiqədə 14 universitetdən ümumilikdə 58 komanda iştirak etmişdi.

İlkin




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
“Azərmarka” Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş müsabiqə elan edib
20.02.2019
Aqrar İnkişaf Könüllüləri aqrar jurnalistika ilə bağlı layihənin icrasına başlayıb
20.02.2019
Körpəyə vitamin vermək olar?
20.02.2019
“Cəmiyyətin səsi” layihəsinin I mərhələsi başa çatıb
20.02.2019
Min bir dərdin dərmanı - yaşıl çay

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10607

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info