Çempionlar Liqasında qrup mərhələsi yekunlaşdı
Tarix: 11.12.2014 | Saat: 22:22:00 | E-mail | Çapa göndər


Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulub. Daha 4 qrupda 8 qarşılaşma başa çatıb.
E qrupunda "Mançester Siti” səfərdə “Roma”nı 0:2 hesabı ilə məğlub edərək, növbəti mərhələyə adlayıb. "Bavariya” isə doğma publika önündə MOİK-ə heç bir şans verməyib - 3:0. "Barselona” və PSJ qrup liderliyi uğrunda mübarizə aparıb. Öncədən növbəti mərhələyə vəsiqəni təmin edən tərəflərin duelində Kataloniya klubu 3:1 hesabı ilə qalib gələrək, ilk pillənin sahibi olub. Qrupun digər matçında APOEL ilə "Ayaks” Avropa Liqasına vəsiqə uğrunda döyüşüb. Burada hollandiyalılar rəqibinə divan tutub - 4:0. G qrupunun lideri "Çelsi” Londonda "Sportinq”i qəbul edib. Bu görüşdə portuqaliyalılara 1 xal lazım idi ki, növbəti mərhələyə keçsin. Lakin “zadəganlar” öz meydanında uduzmayıb. Qarşılaşma 3:1 hesabı ilə başa çatıb. “Şalke” isə səfərdə "Maribor”u məğlub etməklə (0:1) adını növbəti mərhələyə yazdırıb. H qrupunun lideri "Porto” ilə ikinci pillənin sahibi "Şaxtyor” qarşılaşıb. Formal xarakter daşıyan matçda qalib müəyyənləşməyib - 1:1. Əsas diqqətlər Avropa Liqasına vəsiqə verən 3-cü yer uğrunda "Atletik” - BATE oyununda olub. Burada isə basklar rəqibini 2:0 hesabı ilə üstələyib. Beləliklə, “Atletiko”, “Yuventus”, “Real”, “Bazel, “Monako”, “Bayer”, “Borussiya”, “Arsenal”, “Bavariya”, “Mançester Siti”, “Barselona”, PSJ, “Çesli”, “Şalke”, “Porto” və “Şaxtyor” 1/8 finalda mübarizə aparacaq. “Olimpiakos”, “Liverpul”, “Zenit”, “Anderlext”, “Roma”, “Ayaks”, “Sportinq” və “Atletik” isə Avropa Liqasında çıxış edəcək. Komandalar dekabrın 15-dəki püşkatma zamanı iki səbətə bölünəcək. Bu proses yarışın əsasnaməsinə uyğun aparılıb. Qrup qalibləri 1-ci, ikinci yer sahibləri 2-ci səbətə daxil edilib. 1/8 finalda eyni qrupdan gələn komandalar qarşılaşa bilməz. Bu qayda eyni ölkə təmsilçilərinə də aiddir. Qeyd edək ki, 1/8 finalda 8 ölkə təmsilçisi çıxış edəcək. Almaniya 4, İspaniya, İngiltərə 3, Fransa 2, İtaliya, Portuqaliya, Ukrayna və İsveçrə 1 klubla təmsil olunacaq.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
UEFA Çempionlar Liqasında ilk tura yekun vurulub
19.09.2018
UEFA Çempionlar Liqası: Roberto Firmino “Liverpul“ klubuna qələbə qazandırıb
18.09.2018
UEFA Çempionlar Liqası: “İnter” və “Barselona“ qələbə qazanıblar
18.09.2018
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2018
UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info