ABŞ əsirlərə dözülməz işgəncə verənləri niyə cəzalandırmır?
Tarix: 11.12.2014 | Saat: 23:02:00 | E-mail | Çapa göndər


Bir müddət bundan əvvəl ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) məhbuslara qarşı işəgəncələrini əks etdirən hökumət hesabatının yayılacağı barədə xəbərdarlıqdan sonra müxtəlif ölkələrdə ABŞ-a məxsus diplomatik nümayəndəliklərdə təhlükəsizlik tədbirləri gücləndirildi. Birləşmiş Ştatlar bu hesabatda yer alan işgəncə faktlarına başqa ölkələrinin sakinləri tərəfindən aqressiv reaksiya göstəriləcəyindən ehtiyat edirdi.
Qeyd edək ki, ABŞ-ın dövlət katibi Con Kerri Senatın Kəşfiyyat komitəsinin sədri Diana Feynşteynə müraciət edərək hesabatın açıqlanma tarixini təxirə salmağı xahiş etsə də, komitə sədri bunun üçün münasib vaxt düşünə bilmədiyini bəyan etmişdi. Xatırladaq ki, işgəncə faktları ABŞ-ın sabiq prezidenti Corc Buşun dövrünə təsadüf etsə də, sabiq prezident hesabatın açıqlanmasının əleyhinə çıxış edərək, MKİ-nin fəaliyyətinə haqq qazandırmağa çalışıb. Məhbuslara qarşı işəgəncələri əks etdirən hesabata münasibət bildirən Rusiya Xarici İşlər Nazirliyinin demokratiya və insan hüquqları üzrə müvəkkili Konstantin Dolqov hesabatın məzmununun Rusiya hökumətində «şok» yaratdığını bildirib: «Bu sənəd Amerikanın dövlət orqanları tərəfindən insan hüquqlarının sistematik olaraq köbud şəkildə pozulmasını bir daha təsdiq edir. Əsasən Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən həyata keçirilən əksər işgəncə hallarının ABŞ sərhədlərindən kənarda həyata keçirilməsinə baxmayaraq, bütün bunlara görə məsuliyyəti Vaşinqton hökuməti daşıyır”. Rusiya XİN saytında yerləşdirilən şərhdə deyilir ki, öz ərazilərində gizli həbsxanaların yaradılmasına razılıq verən bəzi ölkələr barədə də müəyyən suallar yaranır. Buna görə də, Moskva bütün insan hüquqları müdafiəçilərini, müvafiq beynəlxalq təşkilatları Vaşinqtonun "qlobal terrorla mübarizə" adı altında həyata keçirdiyi cinayətlərin açıqlanmasına nail olmağa çağırıb: “Unutmaq lazım deyil ki, tarixin bu qaranlıq səhifəsi hələ də Quantanamonun timsalında davam etdirilir. Burada bir çox məhbus mühakimə olunmadan 13 ildən artıqdır ki saxlanılır. Bütün bu hallar Amerika Birləşmiş Ştatlarının “demokratiya standart”ları iddialarına uyğun deyil”.
Qeyd edək ki, ABŞ-ın Senat Komitəsi 6 min səhifəlik hesabatın 480 səhifəsini ictimaiyyətə açıqlayıb. Bu hesabatda yer alan faktlar 2002-2006-cı illəri əhatə edir. Xatırladaq ki, "qlobal terrorla mübarizə" proqramı 2009-cu ildə qadağan edilib. Bir daha nəzərə çatdıraq ki, hesabatın tam mətni hələ açıqlanmayıb. Xatırlatmaq yerinə düşər ki, “Human Rights Watch” təşkilatı MKİ tərəfindən məhbuslara qarşı işgəncə hallarını "beynəlxalq hüququn kobud pozulması" kimi xarakterizə edib.
Qeyd edək ki, ABŞ-a aid bu böyük qalmaqalla bağlı bir maraqlı məqam da diqqət çəkir. Belə ki, ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psakiyə əsirlərə dözülməz işgəncələr verənlərin üzdə olması və onların niyə cəzalandırılmaması ilə bağlı sual verilib. ABŞ sözçüsü isə bu sualdan yayınıb. Doğrudan da bu gün həmin ABŞ caniləri üzdədirlər, konkret adları, şəxsiyyətləri tanınır. Elə isə niyə onlar qanunla cəzalandırılmır? Xüsusilə qeyd edək ki, ABŞ qəzetləri də yazırlar ki, sözügedən hesabatda əslində əsirlərin cəzalandırılmasının yolverilməz olduğundan yox, sadəcə, bu işgəncə metodlarının lazımi informasiya öyrənmək üçün effektsiz olmasından söz açılır. Belə çıxır ki, onlar effektli olsaydılar, ABŞ rəhbərliyi tərəfindən məqbul sayılacaqdılar... Bunu da ABŞ “demokratiya”sının ayağına yazmaq lazım gəlir...
Həmçinin, özgə vaxt “dişbatan” saydıqları ölkələrdə “insan haqları” ilə bağlı təzyiq göstərən Avropa qurumları, beynəlxalq təşkilatlar nəyə görə bu boyda böyük haqsızlıqlara susurlar və ABŞ insan haqlarını kobudca pozduğuna görə, onların diqqət mərkəzinə niyə gəlmir? Niyə onlar bunu görməzliyə vururlar? Niyə hazırda ortalıqda olan həmin işgəncə verən sadistlər cəzalandırılmır?
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info