Senatdan ABŞ-ın Ukraynanı silahlandırmasına icazə verən qanun
Tarix: 12.12.2014 | Saat: 15:23:00 | E-mail | Çapa göndər


ABŞ Konqresinin yuxarı palatası - Senat Ukraynaya ABŞ-ın NATO-dan kənar müttəfiqi statusu verilməsini və bu ölkənin silahlandırılmasını nəzərdə tutan “Ukraynada azadlığa dəstək Aktı 2014” adlanan “S.2828” saylı qanun layihəsini qəbul edib.
UNİAN-ın verdiyi xəbərə görə, qanun layihəsinə əsasən ABŞ prezidenti Ukraynaya 350 milyon dollar dəyərində hərbi yardım göstərmək üçün səlahiyyət alır. Bu yardım Ukraynanın ərazi bütövlüyü və suverenliyinin bərpası məqsədilə ölkəyə tank əleyhinə silahlar, düşmən artilleriyasının mövqelərinin aşkarlanması üçün radarlar, taktiki müşahidə üçün pilotsuz uçuş aparatları, optik tuşlama və idarəetmə, eləcə də kommunikasiya avadanlıqları, şəxsi heyətin müdafiəsi üçün xüsusi vasitələr verilməsi və hücum silahlarına qarşı effektiv mübarizə üçün təlimlərin təşkilindən ibarət olacaq. Layihədə ABŞ prezidentindən Rusiyanın hərbi müəssisələrinə qarşı yeni sanksiyaların tətbiqi tələb olunur. Eyni zamanda, sənəddə Ukraynanın enerji təhlükəsizliyini təmin etmək, xarici mənbələrdən asılılığını azaltmaq məqsədilə bu ölkənin enerji sektoruna yardım edilməsi də əksini tapıb.
Analoji qanun layihəsi (HR 5782) aşağı palata – Nümayəndələr Palatasına da təqdim olunub. Layihə Nümayəndələr Palatasında da qəbul edildikdən sonra qanun prezidentin təsdiqinə göndəriləcək. Prezidentin qanunu imzalayaraq onun icrasına başlamaq və ya veto qoyaraq geri göndərmək hüququ var.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Уже в феврале будут продавать наушники-переводчик на 20 языков мира
22.01.2019
Senator Harris ABŞ prezidentliyinə namizədliyini rəsmən elan edib
22.01.2019
Praqada “gecə meri” vəzifəsi yaradılıb
22.01.2019
“United Airlines” aviaşirkətinin sərnişinləri 16 saat təyyarədə qalıblar
22.01.2019
Gürcüstanda “donuz qripi” daha bir nəfərin həyatına son qoyub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info