“Azərbaycanla əməkdaşlığımızı strateji tərəfdaşlığa qaldıra bilərik”
Tarix: 12.12.2014 | Saat: 16:07:00 | E-mail | Çapa göndər


“Əfqanıstanda sülhyaratma əməliyyatları başa çatdıqdan sonra da Azərbaycan NATO üçün strateji əhəmiyyətə malik ölkə olaraq qalacaq”. Bunu NATO baş katibinin müavini və Cənubi Qafqaz, Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib.
NATO-nun enerji təhlükəsizliyi siyasəti, kiber təhlükəsizliklə bağlı spesifik layihələrinin olduğunu bildirən C. Appaturay Azərbaycan hakimiyyətinin NATO-nun Əfqanıstanda həyata keçirəcəyi yeni əməliyyatlarla bağlı lazımi sənədləri tez bir zamanda imzaladığını xüsusi vurğulayıb. O, Azərbaycanın İSAF əməliyyatlarına verdiyi töhfələrin NATO tərəfindən qiymətləndirildiyini diqqətə çatdırıb: “NATO Azərbaycanla müdafiə təhsili, enerji təhlükəsizliyinin təmin olunması, kiber təhlükəsizlik, terrorizmə qarşı mübarizə sahələrində birgə işləyəcək. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliklə birlikdə torpaqların minalardan təmizlənməsi, əhalinin burada təhlükəsiz yerləşdirilməsi istiqamətində birgə çalışırıq. Biz Azərbaycan xalqı üçün yaxşı işlər görməkdən məmnunluq duyuruq. Biz əməkdaşlığımızı strateji tərəfdaşlığa qaldıra bilərik. İnsan hüquqları və idarəetmə sahəsində dialoqların aparılması alyans üçün olduqca əhəmiyyətlidir”.
Təhlükəsizlik məsələləri, İPAP platforması çərçivəsində uğurlu əməkdaşlığın davam etdiyini söyləyən C. Appaturay QHT, fövqəladə təhlükəsizlik çağırışları istiqamətlərində də əlaqələrin inkişafına diqqət yetiriləcəyini bildirib.
Dağlıq Qarabağ münaqişəsinə toxunan xüsusi nümayəndə qeyd edib ki, NATO-nun problemin həllində rolu olmasa da, alyans ATƏT-in Minsk Qrupu həmsədrlərinin münaqişənin həlli ilə bağlı səylərini dəstəkləyir: “Alyans rəsmi şəkildə Uels sammitində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini açıqlayıb. Təbii ki, biz münaqişənin sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü, tərəflərin maraqlarına uyğun həllinin tərəfdarıyıq”.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info