Ulu öndər Binəqədi rayonunda anılıb
Tarix: 12.12.2014 | Saat: 16:39:00 | E-mail | Çapa göndər


Binəqədi rayonunda Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Madər Musayev, Rafael Cəbrayılov, Bakı şəhər Baş təhsil idarəsinin rəis müavini Hüseyn Əsgərov, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, rayonun hüquq mühafizə orqanları və icra strukturlarının rəhbərləri, gənclər, hərbi qulluqçular və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildiriblər. Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasının akt zalında davam edən tədbir Ümummilli Liderin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbirdə ulu öndərin mənalı və şərəfli həyat yolundan danışılaraq, onun həyatının hər məqamının xüsusilə gənclər üçün örnək olduğu vurğulanıb.
Anım mərasimində çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəis müavini Hüseyn Əsgərov ulu öndərin Azərbaycan üçün göstərdiyi xidmətlərdən danışaraq, xüsusilə təhsilin inkişafına, gənc nəslin sağlam ruhda tərbiyə olunmasında atdığı addımlardan bəhs edib.
Tədbir millət vəkili Rafael Cəbrayılovun çıxışı ilə davam edib. Natiq dövlət quruculuğu sahəsində ümummilli liderin reallaşdırdığı və uğurlu nəticələrindən bu gün də bəhrələndiyimiz işləri diqqətə çatdırıb.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxışında ulu öndərin Azərbaycan qarşısında şərəfli missiyasını layiqincə yerinə yetirən lider kimi səciyyələndirərək, bu dahi şəxsiyyətin zaman və məkan anlayışına sığmayaraq öz xalqının təkcə sevimlisinə yox, həm də idealına çevrildiyini bildirib. RİH başçısı zamanın çətin sınaqları ilə üzləşən Azərbaycan xalqını parçalanmaqdan, xaosdan xilas edib inkişaf mərhələsinə çatdıran ümummilli lider Heydər Əliyevi Azərbaycan coğrafiyasına, yalnız bir zamana sığmayan milli və milli olduğu qədər də bəşəri şəxsiyyət kimi xarakterizə edib. Çıxışda vurğulanıb ki, Azərbaycanın bugünkü inkişafı, regionun lider dövlətinə çevrilməsi və dünyada öz mövqeyi ilə seçilməsi ulu öndərin Azərbaycan qarşısında daha böyük bir xidmətindən danışmağa əsas verir. Bu xidmət ulu öndərin uzaqgörənliyi, xarizmatikliyi və digər liderlik keyfiyyətləri ilə seçilən və ən əsası özü qədər inandığı cənab İlham Əliyevi Azərbaycana bəxş etməsidir.
Bədii hissə ilə davam edən tədbirdə respublikanın xalq artisti İlham Əsgərovun ifasında ümummilli liderə həsr olunmuş və onun sevdiyi şeirlərdən ibarət bədii kompozisiya təqdim edilib.
Anım tədbiri “Liderlik missiyası” videoçarxının nümayişi ilə yekunlaşıb.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info