Kaspi Liseyində ümummilli liderin xatirəsi yad edilib
Tarix: 12.12.2014 | Saat: 17:03:00 | E-mail | Çapa göndər


Sona Vəliyeva: “Azərbaycanda Heydər Əliyev ideyaları bu gün də yaşayır”

Hər ilin 12 dekabr günü Azərbaycanda ümummilli lider Heydər Əliyevi anım günü kimi qeyd olunur, silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri də ötən gün Kaspi Liseyində təşkil olunub. “Min ilə bərabər bir ömür” adlanan ədəbi-bədii kompozisiyada əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, dünya şöhrətli siyasətçinin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbir iştirakçıları ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif anlarını əks etdirən videoçarxı izləyiblər.
Kaspi Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva çıxış edərək, anım günündə ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında əvəzolunmaz fəaliyyətinin xatırlandığını diqqətə çatdırıb, ulu öndəri Azərbaycanın xilaskarı kimi təqdim edib. O, tarixə qısa ekskursiya edərək, zaman-zaman hər bir millətin, xalqın ağır sınaqlar qarşısında qaldığını, millətin, xalqın ölüm-dirim məsələsinin gündəmə gəldiyini vurğulayıb. Bildirib ki, məhz belə vaxtlarda xalqı, milləti düşdüyü bu ağır vəziyyətdən liderlər xilas edir: “Həmin anlarda hər bir millət bir xilaskara ehtiyac duyur. Bu gün dünyanın bəzi ölkələrində baş verən hadisələr də bu faktı bir daha təsdiq edir. Ukrayna, Şərqi Avropa, Yaxın Şərq ölkələrində cərəyan edən hadisələr, müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan dövlətlər, xalqlar indi də gözlərimiz önündədir. Belə vəziyyətlərdə liderlər ortaya çıxaraq öz ölkəsinin, xalqının taleyini həll edir, xilaskarlıq missiyasını yerinə yetirirlər. Ümummilli lider Heydər Əliyev də 1993-cü ildə xilaskarlıq missiyasını yerinə yetirdi. 1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi və həmin gün tarixə “Milli Qurtuluş Günü” kimi daxil oldu. Milli Məclisin qərarı ilə Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayan ulu öndər sonradan ümumxalq səsverməsi ilə Azərbaycan Prezidenti seçildi”.
Natiq ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif anlarını, həyata keçirdiyi çoxsaylı işləri, üzləşdiyi çətinlikləri də dilə gətirib. O, ümummilli liderin öz xalqı qarşısında gördüyü işlərə görə daim ürəklərdə yaşayacağını söyləyib: “Azərbaycanda Heydər Əliyev ideyaları bu gün də yaşayır. Onun siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət nəticəsində ölkəmiz günü-gündən güclənir, müstəqilliyimiz daha da möhkəmlənir. Məşhur bir mahnıda ifadə edildiyi kimi, nə qədər bu millət, nə qədər Azərbaycan var, ulu öndər Heydər Əliyev daim bizimlə olacaq”.
Daha sonra lisey şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiya təqdim edilib. Şagirdlərdən ibarət xorun ifasında ümummilli liderə həsr olunmuş “Heydər ata”, “Sən elə bir zirvəsən” mahnıları, eləcə də digər şagirdlər tərəfindən “Ulu bir sərkərdə, ulu bir öndər”, “Budur xalq sevgisi, el məhəbbəti” şeirləri oxunub. Bununla yanaşı, lisey şagirdləri ümummilli liderin həyat xronologiyasını, dünyaca məşhur siyasətçi və dövlət rəhbərlərinin Heydər Əliyev barədə söylədiklərini, ulu öndərin ibrətamiz fikirlərini səsləndiriblər.
Ədəbi-bədii kompozisiya çərçivəsində lisey şagirdləri arasında elan edilmiş “Mən fəxr edirəm ki, azərbaycanlıyam” inşa yazı müsabiqəsinin qalibləri də mükafatlandırılıb. Müsabiqənin nəticələrinə görə, birinci yerə Aysu Kazımlı (4C sinif şagirdi), Elmira Həmidzadə (9B), ikinci yerə Nigar Məmmədova (4C), Ləman Bağırzadə (6D), üçüncü yerə Lalə Hüseynli (4A), Bədirə Səfərova (6B) layiq görülüblər. Liseyin direktoru Tural Əliyev qalibləri təbrik edərək, onlara mükafat və sertifikatlar verib. Bunun ardınca qaliblərdən Aysu Kazımlı və Elmira Həmidzadə ümummilli liderə həsr etdikləri inşalarını oxuyublar.
Tədbirdə lisey şagirdlərinin ümummilli lider Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət etməsini əks etdirən videoçarx da nümayiş olunub. Ədəbi-bədii kompozisiyanın sonunda Kaspi Liseyinin direktoru Tural Əliyev çıxış edərək şagirdlərə və tədbiri izləməyə gələn valideynlərə minnətdarlığını çatdırıb.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info