M.Quliyev: “Bakının mərkəzində bir ədəd də cəzaçəkmə müəssisəsi qalmayacaq“
Tarix: 12.12.2014 | Saat: 18:07:00 | E-mail | Çapa göndər


Bakının mərkəzində bir dənə də cəzaçəkmə müəssisəsi qalmayacaq. Bunu jurnalistlərə açıqlamasında Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev bildirib. Onun sözlərnə görə, dünyanın heç bir dövlətində cəzaçəkmə sisteminə Azərbaycandakı kimi yüksək səviyyədə diqqət yoxdur: “Bu, dövlətimizdə gedən quruculuq işlərinin, inkişafın nəticəsidir. Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində yeni cəzaçəkmə müəssisələrinin tikintisi üçün maddi vəsait ayrılıb. 10 cəzaçəkmə müəssisəsindən 3-ü artıq inşa edilərək istifadəyə verilib, digər 7-si isə tikilmək üzrədir. Biz çalışacağıq ki, Bakı şəhərinin mərkəzində yerləşən bütün cəzaçəkmə müəssisələrini şəhərdən kənara çıxaraq”. M.Quliyev bildirib ki, prosesin nə vaxta başa çatacağı maliyyələşmədən asılıdır: “Lənkəranda inşa edilən cəzaçəkmə müəssisəsi qısa zamanda, təxminən 1 ilə istifadəyə veriləcək. Sonra Qadın və Tərbiyə müəssisələri köçürüləcək. Bu məqsədlə paytaxtın Sabunçu rayonunda tikinti işləri aparılır. Hesab edirəm ki, 5 il ərzində onların hamısı mərhələlərlə şəhərdən kənara köçürüləcək”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info