M.Quliyev: “Leyla Yunusun heç bir xəstəliyi yoxdur”
Tarix: 12.12.2014 | Saat: 18:19:00 | E-mail | Çapa göndər


Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev təqsirləndirilən şəxs Leyla Yunusa saxlandığı təcridxana guya təzyiqlərin olması, ona dərmanların verilməməsi, səhhətində problemlərin olması ilə bağlı özü və vəkili tərəfindən KİV-də yayılan məlumatlara münasibət bildirib.
M.Quliyev jurnalistlərə deyib ki, təqsirləndirilən şəxs Leyla Yunus istintaq təcridxanasında cəzaçəkmə müəssisələrində olan qaydalara uyğun şəkildə saxlanılır: “Bəzi KİV-də həqiqətəuyğun olmayan, gülünc məsələ irəli sürülüb ki, guya ona yemək, dərmanlar verilmir. Bu, nə Azərbaycana, nə də azərbaycançılığa uyğun olmayan məsələdir. Təqsirləndirilən şəxs Leyla Yunus digər təqsirləndirilən şəxslərlə bir yerdə saxlanılır. Ona heç bir təzyiq olmayıb və ola da bilməz”.
Onun sözlərinə görə, dünən Səhiyyə Nazirliyinin həkimləri, həmçinin QHT nümayəndələri birlikdə Leyla Yunusun xəstə olub-olmaması ilə maraqlanıblar: “Bu, qətiyyən belə deyil. Onun xəstəliyi yoxdur. Sadəcə o, əvvəllər də özünü tərbiyəsiz aparırdı, həkimlərə ağır sözlər deyib təhqir edib. Bu, onun yaşayış üsuludur və biz onu başa düşürük”.
M.Quliyev əlavə edib: “Ümumiyyətlə, mənim yanıma gələn xarici ölkələrin QHT nümayəndələri “Bəs, necə olur ki, guya siyasətlə məşğul olan adamlar dalbadal saxlanılır?” kimi suallar verirlər. Bunun cavabı çox asandır. Çünki jurnalist Rauf Mirqədirovun əməlləri və onun Ermənistana getməsi, maliyyələşməsi ilə bağlı cinayət işi qaldırılıb. Məsələlər araşdırılır. Həmin adamlar da cinayət işində adıçəkilən adamlardır. Təbii ki, onlar da dalbadal saxlanılmalıdırlar”.
M.Quliyev bildirib ki, jurnalist Xədicə İsmayılova da törətdiyi cinayətlərə görə cavab verir və o da hazırda təqsirləndirilən şəxsdir: "Həmin qaydada ona da diqqət göstərilir. Amma o saxlanma şəraitinin yaxşı olduğunu və ona qarşı heç bir təzyiqin olmadığını deyir".

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info