Etirazçılar Avropa liderlərinin müqəvvalarını yandırdılar
Tarix: 12.12.2014 | Saat: 19:09:00 | E-mail | Çapa göndər


Avropada “süd böhranı” qitənin kənd təsərrüfatında tənəzzüldən xəbər verir

Polşa, Almaniya, Belçika və Fransadan olan süd məhsulları istehsalçıları Brüsselin mərkəzində etiraz aksiyası keçiriblər. Bu barədə “russian.rt.com” məlumat verir. Mitinqçilər istehsal etdikləri məhsulların qiymətlərinin kəskin aşağı düşməsinin qarşısının alınmasını tələb edirlər.
Onlar südün qiymətinin neçə aydan bəri fasiləsiz və sürətlə enməsindən şikayətləniblər. Nümayişçilər etiraz aksiyasında Avropa liderlərinin müqəvvalarını yandırıblar. Əlavə edək ki, Avropada süd və süd məhsullarının, ümumiyyətlə kənd təsərrüfatı məhsullarının qiymətlərinin birdən-birə aşağı düşməsinin əsas səbəblərindən biri Rusiyaya qarşı Qərbin tətbiq etdiyi sanksiyalarla əlaqələndirilir. Belə ki, Rusiyaya qarşı sanksiyalar tətbiq ediləndən sonra Rusiya da bunun qarşılığı olaraq Avropadan kənd təsərrüfatı məhsullarına qadağa qoydu. Rusiya kimi böyük bazarın itirilməsi isə əlbəttə ki, Avropada kənd təsərrüfatı istehsalçılarının biznesinə təsirsiz ötüşmür. Elə buna görədir ki, Avropada həm də “süd böhranı” başlayıb.

Beləliklə, Rusiyanın Avropa mallarına qarşı tətbiq etdiyi embarqoya görə avropalı fermerlər çətin vəziyyətə düşüblər. Bu çətinlik Avropada kənd təsərrüfatı üçün avadanlıq istehsal edən şirkətlərdə də hiss olunur.
Kənd təsərrüfatı üçün avtoqoşqu istehsal edən Avstriya şirkəti “Stetzl & Söhne” müflis prosedurlarına başlayıb. “Kurier” yazır ki, bunun əsasında Rusiya embarqosu dayanır. Şirkətin borcu 3,6 milyon avrodur, şirkət isə bu borcu ödəmək gücündə deyil.
Nəşr bildirir ki, bu ağlamalı vəziyyətin səbəbi Rusiyann qoyduğu qadağalarla bağlıdır. Bu qadağalara görə şirkət sifarişlərdən məhrum olub. Qeyd edilir ki, şirkətin müştəriləri Almaniya, Macarıstan, Sloveniya və Çexiyadan olan fermerlərdir.

İlkin




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info