“Güman edirik ki, hakim səhvini UEFA da təsdiq edəcək”
Tarix: 12.12.2014 | Saat: 19:19:00 | E-mail | Çapa göndər


“Uzun şərhə ehtiyac yoxdur. Dünən epizodu tam görə bilmədiyimə görə, dedim ki, biz sabah həmin vəziyyəti analiz edib qiymət verəcəyik. Dünən “Qarabağ” “İnter”i məğlub etdi. Ancaq hakimin səhv qərarı ilə bu tarixi qələbə əlimizdən alındı”.
Bunu “Qarabağ” klubunun vitse-prezidenti Tahir Gözəl keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, AFFA ilə birgə bu məsələni müzakirə edəcəyik. “Qarabağ” dekabrın 15-də Nyondakı püşkatmaya getməli idi, ancaq alınmadı: “Mən o günü həsrətlə gözləyirdim. Biz UEFA-ya etirazımızı bildirəcəyik. Güman edirik ki, bizim uğurlarımızın hakim səhvi ilə əlimizdən alınmasını UEFA da təsdiq edəcək. Bu cür açıq aydın xətanın olması insanlarda sual yaradır. “Qarabağ” gələcəkdə Avropa qapılarını təzədən döyəcək. Gərçəkdən tarixi qələbə əlimizdən alındı. Ancaq həyat davam dir. Rəhbərlik olaraq klubumuza dəstəyimizi davam edəcəyik”, - deyə Tahir Gözəl söyləyib.
Klub rəsmisi bu uğuru növbəti illərdə bir daha təkrarlayacaqlarına inandığını söyləyib..
Qeyd edək ki, dünən “Qarabağ” və “İnter” klubları arasında baş tutan Avropa Liqası qrup oyununda hakim tərəfindən müəmmalı qərar qəbul edilib. Oyunun baş hakimi oyunun son dəqiqələrində “Qarabağ”ın hesabda fərqlənməsinə baxmayaraq qolunu qeydə almayıb. Nəticədə oyun 0:0 hesabı ilə bitib. Ağdam təmsilçisini son nəticədə növbəti mərhələyə adlaya bilməyib.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
UEFA Çempionlar Liqası: Roberto Firmino “Liverpul“ klubuna qələbə qazandırıb
18.09.2018
UEFA Çempionlar Liqası: “İnter” və “Barselona“ qələbə qazanıblar
18.09.2018
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2018
UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı
18.09.2018
Azərbaycan üzgüçüsü dünya kubok yarışlarında qızıl medal qazanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info