Məscidlərdə Heydər Əliyevin xatirəsi yad edilib
Tarix: 12.12.2014 | Saat: 20:06:00 | E-mail | Çapa göndər


Bu gün - mərhum Prezident Heydər Əliyevi anım günündə Qafqaz Müsəlmanları İdarəsinin tabeliyində olan məscidlərin hamısında Heydər Əliyevin xatirəsi yad edilib.
QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, bütün məscidlərdə mərhumun ruhuna dualar oxunub.
Bu gün cümə namazı zamanı moizələrdə Heydər Əliyev şəxsiyyətinin Azərbaycan xalqının xilaskarı olaraq misilsiz fəaliyyəti, habelə milli-mənəvi və dini dəyərlərinə ehtiram və qayğısı xüsusi vurğulanıb. Dindarlar bünövrəsi Heydər Əliyev tərəfindən qoyulmuş və prezident İlham Əliyev tərəfindən inkişaf etdirilən milli-mənəvi, dini dəyərlərə, multikulturalizm ideyalarına ehtiram və qayğının davamlı olması üçün dualar ediblər. Heydər Əliyevin əziz xatirəsinə bütün məscidlərdə ehsan mərasimləri keçirilib. Eyni zamanda QMİ-nin Gürcüstan, Türkiyə, Rusiya və İrandakı nümayəndəliklərində də ulu öndəri anma mərasimləri keçirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info