Bakı Slavyan Universitetində anım mərasimi
Tarix: 12.12.2014 | Saat: 20:59:00 | E-mail | Çapa göndər


Bakı Slavyan Universitetində ulu öndərin xatirəsinin anım günü ilə bağlı silsilə tədbirlər keçirilib. BSU-nun mətbuat xidmətinin məlumatına görə, anım günü ilə əlaqədar olaraq ali təhsil müəssisəsində Şuşa Dövlət Musiqili Dram Teatrı tərəfindən Xalq şairi Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” poeması əsasında hazırlanan eyniadlı ədəbi-bədii kompozisiya təqdim olunub. BSU-da baş tutan növbəti mərasimdə ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra universitetin rektoru, professor Asif Hacıyev Heydər Əliyevin Azərbaycan tarixindəki rolu barədə geniş məruzə ilə çıxış edib: “Müasir Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlət quruculuğunun inkişafında misilsiz xidmətləri qədirbilən xalqımız tərəfindən daim yüksək qiymətləndirilir, əziz xatirəsi dərin ehtiramla anılır. Heydər Əliyevin uzaqgörənliyi sayəsində Azərbaycanda ictimai-siyasi sabitliyə nail olundu, dövlətçiliyimiz məhv olmaq təhlükəsindən xilas edildi. Ulu öndərin hakimiyyəti dövründə respublikamız ictimai, siyasi, iqtisadi, mədəni, mənəvi tərəqqisində misilsiz nailiyyətlər qazandı”. Ümummilli liderin elm və təhsil sahəsinə göstərdiyi diqqətdən söhbət açan rektor onu da vurğulayıb ki, Heydər Əliyev tərəfindən yaradılmış Bakı Slavyan Universiteti bu gün Ulu öndərin ümidlərini doğruldur və onun arzu etdiyi yolla fəaliyyətini davam etdirir. Tədbirdə tanınmış jurnalist Etibar Babayevin müəllifi olduğu Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Zirvə” adlı filmin nümayişi olub. Mərasimdə BSU üzrə YAP təşkilatının sədri, dosent Aygün Hacıyeva, Beynəlxalq əlaqələr üzrə prorektor, millət vəkili, professor Sahibə Qafarova, Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət üzrə attaşesi Əhməd Sami, dosent Aynur Bəşirli, baş müəllim Zümrüd Məlikova, magistrant Ülkər Ələsgərova və tələbələr Afaq Yusifli və Rəşad Məmmədov Heydər Əliyevlə bağlı çıxışlar edərək, bu dahi şəxsiyyətin qoyub getdiyi irsin bugünkü və gələcək həyatımız üçün əhəmiyyətindən danışıblar.
Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info