Qurban Qurbanov: “Vurulan qol qeydə alınmalı idi”
Tarix: 13.12.2014 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


“İnter”in futbolçusu oyundan sonra mənə dedi ki, top qapıya girəndə ona toxunub. Ancaq o, bunu hakimə desəydi, daha yaxşı olardı”
“Oyun haqda çox danışmaq istəmirəm. Azarkeşlərə çox sağ ol deyirəm. Bütün matçlarda bizim yanımızda oldular”. Bu sözləri UEFA Avropa Liqası yarışlarının qrup mərhələsi çərçivəsində İtaliyanın “İnter” komandası ilə doğma meydanda qarşılaşan Azərbaycan çempionu “Qarabağ”ın (0:0) baş məşqçisi Qurban Qurbanov deyib.
O bildirib ki, pis sonluq olmadı: “Futbolçularıma təşəkkür edirəm, çox çalışdılar. Zədəlilərimiz də oldu. Bəlkə də bu, bizim üçün böyük zərbə idi. Eyni zamanda, böyük bir təcrübə qazandıq. Maraqlı qrupa düşmüşdük. Rəqiblərimizin böyük təcrübəsi vardı. Biz də pis oynamadıq. Həmişə futbolçularıma demişəm ki, mümkünsüz heç nə yoxdur. Bu oyunda da bunun şahidi olduq. Hər bir rəqibə qarşı oynaya bildik”. Hakimlər tərəfindən hesaba alınmayan qolun iki videoçəkilişinə baxdığını deyən Q.Qurbanov qeyd edib ki, təmiz qol vurulmuşdu: “Top rəqib komandanın futbolçusuna dəyərək qapıya daxil olmuşdu. Hakimin qərarı bizə qaranlıq qaldı. Belə bir qərar vermək böyük risk tələb edirdi. Hətta “İnter”in futbolçusu oyundan sonra mənə dedi ki, top qapıya girəndə ona toxunub. Ancaq o, bunu hakimə desəydi, daha yaxşı olardı. Vurulan qol qeydə alınmalı idi”.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar
18.11.2018
UEFA Millətlər Liqası: İngiltərə növbəti mərhələyə yüksəlib
18.11.2018
Azərbaycan gimnastı Abdulla Əl-Məşayxi: Mübarizə çətin idi
18.11.2018
“Messi ilə Ronaldo Qızıl Top-a layiq deyillər”
18.11.2018
Millətlər Liqası: Türkiyə İsvevçə məğlub oldu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info