“Qərbin sanksiyaları Moskvanın mövqeyini dəyişməyib”
Tarix: 13.12.2014 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


Amerikalı ekspert Elena Ulanski:
“ABŞ və Avropa Birliyi ölkələrinə Rusiyanın Çin, Hindistan, İranla genişlənən əlaqələrini müşahidə etmək qalır”

“Die Zeit”: “Moskva Asiya-Sakit okean regionuna Rusiya ərazisi ilə tranzit edən Avropa və ABŞ hava yolları şirkətlərinə qadağa tətbiq edə bilər”

“Rusiya ABŞ və Avropa Birliyi tərəfindən tətbiq edilmiş sanksiyalara baxmayaraq, Ukrayna məsələsində öz mövqeyini dəyişmək niyyətində deyil. Buna görə də Moskva məqsədyönlü şəkildə Qərb iqtisadiyyatından asılılığı azaltmaq məqsədilə Şərqə üz tutur”.
Bunu amerikalı ekspert Elena Ulanski “The Huffington Post” nəşrində dərc etdirdiyi məqaləsində qeyd edib. Ekspert qeyd edib ki, ABŞ və Avropa Birliyi liderlərinin gözlədiklərinin əksinə olaraq, Qərbin Rusiyaya qarşı sanksiyaları Moskvanın siyasətini dəyişməyib. Ulanski qeyd edir ki, tətbiq edilmiş sanksiyaların ilkin məqsədi Rusiyanın Ukrayna məsələsində mövqeyini dəyişməyə hesablanıb: “Buna nail olmaq üçün iqtisadi sanksiyalar tətbiq edilsə də, neft məhsullarının qiymətləri məqsədli şəkildə aşağı salınsa da Amerika və Avropa liderləri istəklərinə çatmayıblar. Belə ki, Ukrayna məsəsləsində Moskvanın mövqeyində dəyişiklik müşahidə olunmur. Ukrayna ilə bağlı məsələlər əvvəlki kimi qalır. Ölkənin qərbi Avropa Birliyinə meyl etdikcə, şərqi suverenlik statusu əldə edəcəyinə ümid edir. Rusiyanın davranışı artıq gələcəkdə Qərbdən asılılığın azaldılmasına hesablanıb. ABŞ və Avropa Birliyi ölkələrinə isə Rusiyanın Çin, Hindistan, İranla genişlənən əlaqələrini müşahidə etmək qalır. Ötən həftə “Cənub axını”ndan imtina edən Rusiya Ukraynadan yan keçməklə Cənub-Şərqi Avropanı qazla təmin edəcyini bəyan edib. Pekinlə çoxmilyardlı müqavilələr bağlayan Moskva bu dəfə Hindistanla 15 nüvə enerji blokunun tikintisi üzrə də yeni müqavilə bağlayıb. Əbəs deyil ki, Vladimir Putin Asiya iqtisadiyyatının sürətlə inkişaf etdiyini nəzərə çatdıraraq, Avropada istehlakın çox zəif artdığını bildirib”. Bu arada “Die Zeit” nəşri yazır ki, Rusiya da Qərbə qarşı əlavə sanksiyalar tətəbiq etməyə hazırlaşır: “Rusiya Avropadan aldığı bəzi qida məhsullarına məhdudiyyət qoyub. Rusiya bunun ardınca Avropdan aldığı sənaye məhsullarının da idxalına məhdudiyyətlər tətbiq edə bilər. Bunlar Rusiyanın Qərbə qarşı əlavə sanksiyalar tətbiq edə biləcəyini deməyə əsas verir. Rusiyanın baş naziri Dmitriy Medvedev bəyan edib ki, ölkəsi Asiya-Sakit okean regionuna Rusiya vasitəsilə tranzit edən Avropa və ABŞ hava yolları şirkətlərinə qadağa qoya bilər. Bununla yanaşı, hakimiyyət aviasiya, gəmiqayırma, avtomobil sənayesi və digər sektorlarda da qoruyucu tədbirlər həyata keçirə bilər”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
21.02.2019
Levan Çixeidze: Gürcüstan parlamenti Xocalı soyqırımını rəsmən tanımalıdır
21.02.2019
Müxalifət mitinqlərlə bağlı məsuliyyətdən niyə qaçır?
21.02.2019
Валентина Терешкова: не любить Азербайджан невозможно!
21.02.2019
Ərəstun Mehdiyev: Azərbaycan dövləti Əfqanıstan müharibəsinin veteranlarına hərtərəfli qayğı göstərir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info