QHT-lərə Dövlət Dəstəyi Şurası 2015-ci ilin birinci maliyyə müsabiqəsini elan edib
Tarix: 13.12.2014 | Saat: 00:29:00 | E-mail | Çapa göndər


Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Sədr Azay Quliyev toplantı iştirakçılarına gündəlikdə dayanan şuranın 2015-ci il birinci maliyyə müsabiqəsi, dövlət büdcəsindən növbəti ildə quruma ayrılan vəsaitin bölgüsü və təşkilati məsələlər haqqında məlumatlandırıb.
Şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov gündəlikdə dayanan birinci məsələ haqqında şuranın Əsasnaməsinə və QHT-lərə dövlət dəstəyi Konsepsiyasına uyğun olaraq 2015-ci ilin birinci maliyyə müsabiqəsi üçün nəzərdə tutulan mövzular haqqında ətraflı məlumat verib. Katibliyin icraçı direktoru şuranın noyabrın 3-də keçirilmiş iclasında 2015-ci ilin birinci maliyyə müsabiqəsi mövzularının geniş müzakirə edildiyini və sənədin yenidən işlənməsi üçün işçi qrupun yaradıldığını deyib. F.Qurbanov ötən müddət ərzində şura üzvləri tərəfindən irəli sürülən təkliflərin işçi qrup tərəfindən nəzərə alınaraq maliyyə müsabiqəsi layihəsi üzərində bir sıra düzəlişlər olunduğunu qeyd edib. İcraçı direktor dəyişikliklərə əsasən 7 müxtəlif istiqamət üzrə bir sıra yeni mövzuların müəyyən edildiyini, QHT-lərin müsabiqədə iştirakı ilə bağlı verilən tələblərin xeyli yüngülləşdirildiyini, texniki şərtlərin asanlaşdırıldığını vurğulayıb. O, şuranın elektron resurslarının layihələrin qəbulu üçün hazır vəziyyətdə olduğunu bildirib. İclasda müsabiqənin şərt və qaydaları ilə bağlı təkliflər səslənib. Şura katibliyinin baş mühasibi Tofiq Həsənov qurumun 2015-ci il büdcəsinin xərclər smetası üzrə hazırlanan sənədi iclas iştirakçılarına təqdim edib. Azay Quliyev indiyədək şura ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Milli Məclis arasında əməkdaşlıq memorandumunun imzalandığını bildirib. O, yaxın günlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə də analoji sənədin imzalanacağını deyib. İclasda gündəlikdə duran məsələlər müzakirələrdən sonra səsə qoyularaq qəbul olunub.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info