ÜDM istehsalı 2,2% artıb
Tarix: 15.12.2014 | Saat: 15:07:00 | E-mail | Çapa göndər


Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 53,7 mlrd. manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib, onun həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 2,2% artıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ümumi daxili məhsulun əhalinin hər nəfərinə həcmi 5 710,7 manat (7281,3 ABŞ dolları) təşkil edib.
Bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər 6,5% artıb, onun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 56,9%-dən 59,8%-dək yüksəlib. Eyni zamanda neft-qaz hasilatı və emalı sahələrində əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,4% az əlavə dəyər istehsal edilib.
Ümumi daxili məhsulun 60,2%-i istehsal sahələrində, o cümlədən 42,6%-i sənayedə, 12,5%-i tikintidə, 5,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istehsal olunub, 32,5%-i isə xidmət sahələrinin payına düşüb.
Xidmət sahələrində yaradılmış əlavə dəyərin 24,3%-i ticarət və nəqliyyat vasitələrinin təmiri, 14,9%-i nəqliyyat və anbar təsərrüfatı, 6,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,5%-i informasiya və rabitə xidmətləri sahələrində, 48,8 faizi isə sosial və digər sahələrdə xidmətlər göstərən iqtisadi subyektlər tərəfindən təmin edilib.
Məhsula və idxala xalis vergilər ÜDM-in 7,3%-ni təşkil edib.

Tural




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
Ötən il Azərbaycanda 868,6 ton yaşıl çay yarpağı istehsal olunub
16.02.2019
“Kuwait Airways” Bakıya aviareys açmaq niyyətindədir
16.02.2019
Ötən il ölkə üzrə 6,3 min ton tütün istehsal olunub
16.02.2019
Azərbaycan nefti bahalaşır
15.02.2019
Buzovnadakı psixonevroloji sosial xidmət müəssisəsinin açılışı olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info