Baş prokuror vətəndaşları ilk dəfə “on-line“ rejimində qəbul edəcək
Tarix: 15.12.2014 | Saat: 15:49:00 | E-mail | Çapa göndər


Baş prokuror Zakir Qaralov vətəndaşları ilk dəfə "on-line" rejimində qəbul edəcək.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq prokurorluq orqanlarında vətəndaşların qəbulu məsələlərinə xüsusi diqqət göstərilməklə əhalinin müraciətlərinə qayğı ilə yanaşılması, ərizə və şikayətlərə tam, hərtərəfli və obyektiv baxılması işinin daha da təkmilləşdirilməsi və bu sahədə müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından daha geniş istifadə edilməsi üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi davam etdirilir.
Baş prokuror Zakir Qaralov dekabrın 19-da saat 10:00-da canlı bağlantı ilə Lənkəran, Astara və Lerik rayonlarında yaşayan vətəndaşların Lənkəran rayon prokurorluğunun inzibati binasında video-konfrans rejimində qəbulunu keçirəcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşların qeydiyyatı və Lənkəran şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar 18 dekabr 2014-cü il tarixədək yaşadıqları ərazi üzrə rayon və şəhər prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.

Tural




 
Bölməyə aid digər xəbərlər
24.01.2019
“Milli-mənəvi dəyərlərin öyrənilməsində oxu mədəniyyətinin rolu”
24.01.2019
Şamaxıda “Praktiki mühəndislik və liderlik” dərnəkləri təşkil edilib
23.01.2019
Yol Polisi sürücülərə müraciət edib
23.01.2019
Türkiyənin şəhid övladları Bakı Velotrekində
23.01.2019
Rudolf İvanov dünyasını dəyişib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Əli Abdalov Mehman Hüseynovla barışıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info