Bakıda keçiriləcək I Avropa Oyunlarında T-All sistemi
Tarix: 15.12.2014 | Saat: 16:28:00 | E-mail | Çapa göndər


2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları zamanı yeniliklərin daha biri məlum olub. Təşkilat Komitəsindən verilən məlumata görə, iyunun 12-dən 28-dək baş tutacaq yarışlar zamanı T-All nəqliyyat sistemi yaradılacaq.
Oyunlar ərzində etibarlı və effektivliyi ilə seçiləcək bu sistem daxilindəki avtobuslardan mətbuat nümayəndələri, yayım şirkətlərinin üzvləri, işçi qüvvə, rəsmi qonaqlar və Avropa Oyunları ailəsinin üzvləri istifadə edə biləcəklər.
Avropa Oyunlarına aid bütün avtobus və maşınlar yarışın marşrut şəbəkəsi daxilində əvvəlcədən seçilmiş xüsusi yollarla hərəkət edəcəklər. Bu şəbəkəni əhatə edən 47 km-lik yolda rəsmi maşınların yarış məkanlarına və bəzi digər məkanlara maneəsiz hərəkəti təmin olunacaq.
Marşrut şəbəkəsinin xüsusi lövhələri, nəzarət kameraları olacaq və yollarda hərəkətin fasiləsizliyini yol polisi tərəfindən tənzimlənəcək. Bu yollardan piyadaların keçidinə icazə verilməyəcək.
Həmin marşrutlardan istifadə edəcək şəxslər belə təhlükəsizlik yoxlanışından gedəcəkləri məkanda təhlükəsizlik yoxlanışından keçəcəklər.
Qeyd edək ki, T-All sisteminə 50 oturacaqlı, kondisionerlə təchiz olunmuş müasir tipli avtobuslar daxildir. Bu sistem 29 may – 1 iyul tarixləri aralığında səhər saat 5:00-dan gecə saat 01:00-dək fəaliyyət göstərəcək.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info