V.Səfərli: “Jurnalistlər seçki prosesini işıqlandırmaqda mühüm rol oynayır”
Tarix: 15.12.2014 | Saat: 16:35:00 | E-mail | Çapa göndər


Mərkəzi Seçki Komissiyası (MSK) və Azərbaycan prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkilatçılığı ilə “Jurnalistlərin seçki prosesində fəaliyyətlərinin əsasları” mövzusunda konfrans keçirilib. Konfransda KİVDF-nin maliyyə yardımı ilə həyata keçirilən “Jurnalistlərin bələdiyyə seçkiləri prosesində müşahidəçi kimi iştirakına yardım” layihəsi çərçivəsində Seçki Məcəlləsində, MSK-nın təlimatlarında və digər qanunvericilik aktlarında əks olunmuş müddəalardan seçmələr əsasında hazırlanmış “Bələdiyyə seçkilərində müşahidəçi kimi iştirak edən jurnalistlər üçün bələdçi” kitabçası da təqdim edilib.
Konfransda çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli deyib ki, jurnalistlər seçki prosesini işıqlandırmaqda mühüm rol oynayır. Onun sözlərinə görə, tədbir jurnalistlərin seçki prosesində fəaliyyətinə həsr edilib. MSK sədrinin müavini Natiq Məmmədov isə bildirib ki, seçki prosesinin bütün iştirakçılarının maariflənmiş olması, öz vəzifə və hüquqlarını bilməsi vacibdir. Eyni zamanda seçki prosesinin iştirakçılarının obyektiv məlumat almaq hüququ da var: “Ona görə də seçki prosesini KİV-in iştirakı olmadan təsəvvür edə bilmərik. Seçki insanların öz hakimiyyətlərini formalaşdırmaqda ən demokratik üsul və vasitədir. Ona görə də seçkiyə layiqli münasibət vacibdir. Seçkinin məqsədi güclü və zəifi müəyyən etməkdir. Bir çox hallarda insanlar səsvermə gününü seçki prosesinin mahiyyəti sayırlar. Amma seçki tək seçki günündən ibarət deyil”.
N.Məmmədov qeyd edib ki, seçki prosesinin ideal olması mümkün deyil: “Çünki insan olan yerdə səhvlər qaçılmazdır və belə böyük proses ideal ola bilməz. Azərbaycan mediası həmişə seçkinin işıqlandırılmasında mühüm rol oynayıb. Obyektiv və qərəzli olmasına baxmayaraq, Azərbaycanı tənqid etmək istəyənlər etiraf edirlər ki, Azərbaycan seçkisi böyük inkişaf yolu keçib, öz seçicilərinin hüquqlarına şərait yaratmaq baxımından öndədir. O başqa məsələdir ki, bizdən qüsursuz, ideal, dünyanın heç yerində olmayan seçki istəyirlər, göstərilən münasibətlərdən bunu sezmək olar. Artıq xalqımız, dövlətimiz o qədər inkişaf edib ki, bizə münasibət bu cür olur. Dünyada bizim başa düşdüyümüz mənada seçki keçirən inkişaf etmiş demokratiyaya malik ölkələrin ortaya qoyduğu fəaliyyət bizdən üstün deyil. Bu gün o ölkələrin fərqli cəhəti vətəndaşının vərdişi ilə bağlıdır”.
N.Məmmədov inkişaf etmiş demokratiyaya malik olan ölkələrdə seçkilər adətlər formasında idarə olunmağa çox yaxındır: “Seçki adətlərin ayrılmaz bir hissəsidir. Ona görə də aktiv təşkilatçılıq baxımından müqayisə aparsaq Azərbaycan seçkiləri üstündür. Amma seçki elə böyük prosesdir ki, komissiyaların, partiyaların işi sayıla bilməz. Bu böyük prosesdir və bu məsuliyyəti bölüşdürən böyük qüvvə seçicilərdir. Ona görə də biz maarifləndirməni, seçki prosesinin iştirakçılarının düzgün məlumat almasını yüksək qiymətləndiririk”.
Konfransda hüquqşünas Aydın Kərimov “Demokratik cəmiyyətdə KİV-lərin seçki müşahidəçiliyinin əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış edib. O, bələdiyyə seçkilərində jurnalistlərin bələdiyyələrə namizəd qismində çıxış etməməsini qüsur sayıb. A.Kərimov hesab edir ki, jurnalistlər namizəd kimi çıxış etsəydilər, proses barədə daha dərindən məlumatlı ola bilərdilər.
Daha sonra hüquqşünas Ələsgər Məmmədli “Seçki prosesində medianın məsuliyyəti”, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli “Jurnalistlərin seçki məntəqələrində davranış qaydaları” mövzusunda məruzələrlə çıxış ediblər.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info