Gəncədə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı İctimai Təqdimat keçirilib
Tarix: 15.12.2014 | Saat: 17:48:00 | E-mail | Çapa göndər


Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi Gəncə şəhərində “Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı” Layihəsi: mövcud vəziyyət və hədəflər” mövzusunda İctimai Təqdimat keçirib.
Layihə Gəncə və Şəkinin bütün ərazisi üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının və rəqəmsal kadastr xəritələrinin yaradılmasını nəzərdə tutur. Layihənin əsas hədəfi layihə ərazisində daşınmaz əmlakın kadastrı işlərinin inkişafının təmin edilməsi, habelə, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı xidmətlərin səviyyəsinin yüksəldilməsidir.
İctimai Təqdimatın məqsədi Layihənin icrasında mövcud vəziyyət, Gəncə şəhəri üzrə davam etdirilən kadastr işləri ilə bağlı yerli icra hakimiyyəti, bələdiyyə orqanları, aidiyyəti qurumlar və təşkilatlarla koordinasiyanın təşkili, qarşılıqlı əməkdaşlıq və gələcək tədbirlər barədə ictimaiyyətin və əlaqəli tərəflərin məlumatlandırılmasıdır.
Tədbir Əmlak Məsələləri Dövlət Komitəsi aparatı, Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırılma Mərkəzi, komitənin regional idarələri, Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə şəhərinin rayonlarının icra hakimiyyəti, yerli icra nümayəndələri, bələdiyyə orqanları, aidiyyəti dövlət qurumları, ictimai birliklərin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilib. Tədbirdə həmçinin, Almaniya KfW Bankının, komitə tərəfindən həyata keçirilən layihələrdə birgə əməkdaşlıq etdiyi beynəlxalq şirkət və təşkilatların, özəl şirkətlərin nümayəndələri də iştirak ediblər.
Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzinin direktoru Ramiz Quliyev tədbiri giriş sözü ilə açıq elan edib. Bildirilib ki, qısa zaman kəsiyində komitə tərəfindən daşınmaz əmlakın kadastrının yaradılması sahəsində bir çox işlər görülüb. Ölkəmizdə müasir dünya təcrübələrinə əsaslanan yeni kadastr sistemi formalaşdırılır. Daşınmaz əmlakın kadastrı sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üçün normativ-hüquqi baza yaradılır, özəl kadastr mərzçəkənlər institutu formalaşdırılır, beynəlxalq əməkdaşlıq çərçivəsində kadastr sahəsində qabaqcıl dünya təcrübəsi öyrənilir, müxtəlif beynəlxalq layihələr həyata keçirilir.
“Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı” Layihəsinin icrasına 2013-cü ilin oktyabrından başlanılıb və 2016-cı ilin aprelinə layihənin yekunlaşdırılması nəzərdə tutulur. Layihənin hədəflərinə çatmaqla, Gəncə şəhərində və Şəki rayonunda ərazilərdəki daşınmaz əmlaklar barəsində mükəmməl elektron kadastr məlumat bazası formalaşdırılacaq və bu elektron kadastr məlumatlarından istifadə etməklə daşınmaz əmlaklar üzərində hüquqların qeydiyyatı, obyektlərin kadastr uçotuna alınması, əmlakla bağlı müxtəlif arayış və sənədlərin verilməsi işlərinin elektron xidmətə keçidi təmin ediləcəkdir. Eyni zamanda, layihə ərazilərində daşınmaz əmlakın kadastr məlumatlarından istifadə etməklə memarlıq-planlaşdırma, əmlakların qiymətləndirilməsi, ünvan işlərinin müasir tələblər çərçivəsində qurulması üçün şərait yaranacaqdır. Hazırlanacaq elektron kadastr məlumat bazası əmlakların elmi əsaslarla idarə edilməsi üçün də zəmin yaradacaqdır. Bu layihənin həyata keçirilməsi daşınmaz əmlak idarəçiliyinə və şəhər təsərrüfatının səmərəli idarəetməsinə informasiya təminatı baxımından əhəmiyyətli yardım edəcəkdir. Elektron kadastr məlumat bazaları öz növbəsində vətəndaşlara göstərilən elektron xidmətlərin tətbiqi üçün mühüm informasiya mənbəyi olacaqdır.
Tədbirdə Layihə üzrə iş prosesində Gəncə şəhəri ərazisində dəstəyə nail olunması məqsədi ilə şəhər və rayon icra hakimiyyəti, bələdiyyələr, müəssisə, idarə və təşkilatlar və digər əlaqəli tərəflər arasında məlumatlandırma və fəaliyyətlərin əlaqələndirilməsi məsələləri müzakirə olunub. Növbəti ildə ictimai məlumatlandırma və koordinasiya istiqamətində görüləcək tədbirlər, şəhər ərazisində kadastr işlərinin tam keyfiyyəti ilə həyata keçirilməsində zəruri addımlar müəyyən edilib.
Tədbirdə Azərbaycanda daşınmaz əmlakın kadastrı və ünvan reyestri sahəsində xidmətlər mövzusunda çıxış və təqdimatlar olub. Layihə rəhbəri Oliver Xaitsmanın “Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı” Layihəsinin məqsədi, icra vəziyyəti və kadastr məlumatlarından istifadə istiqamətləri ilə bağlı çıxışı dinlənilib.
Xatırladaq ki, ölkədə həyata keçirilən kadastr işləri çərçivəsində Sumqayıt şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazası yaradılıb. Bakı şəhərinin 7 rayonunda kadastr işləri artıq yekunlaşıb. 2015-ci ildə bütün Bakı şəhərinin mükəmməl elektron kadastr məlumat bazasının yaradılması, şəhərin rəqəmsal kadastr xəritəsinin tərtibi işi başa çatacaq. Azərbaycanın 53 rayonunun mərkəzinin və onlara bitişik iri qəsəbə və kəndlərin ərazilərindəki daşınmaz əmlaklar barəsində sadə modullu elektron kadastr məlumat bazasının yaradılması işi yekunlaşmışdır. Beləliklə, yaxın 4 il ərzində Azərbaycanın tarixində ilk dəfə olaraq ölkənin bütün ərazisi üzrə daşınmaz əmlakın kadastrı sahəsində işlərin yekunlaşdırılması nəzərdə tutulur.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Naxçıvanda maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə təkmilləşdirici təlimlər keçirilir
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info