“Excelsior Hotel Baku”nun dəstəyi ilə PR mütəxəssislərin dəyirmi masası keçirilib
Tarix: 15.12.2014 | Saat: 17:49:00 | E-mail | Çapa göndər


“Excelsior Hotel Baku” otelinin biznes mərkəzində ölkənin aparıcı şirkətlərinin PR mütəxəssislərinin dəyirmi masası keçirilib. Tədbirdə “AtaHolding” ASC-nin korporativ kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova, “Cybernet” şirkətinin mütəxəssisi Polad Həmidov, “Auto Azerbaijan” şirkətinin marketinq departamenti direktorunun müavini Əli Bədəlov, DAİR-in İdarə Heyətinin üzvü Dinara Ağaliyeva, “Autoprofi” şirkətinin brend menecer Natiq Nəsibov və başqaları iştirak ediblər. “AtaHolding”in Korporativ kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova qeyd edib ki, artıq bu, mütəxəssislər arasında PR mövzusu üzrə il ərzində keçirilən növbəti dəyirmi masadır. O, deyib: “Bu tədbirlər məhsuldar təcrübə mübadiləsi qurmağa, peşəkarlığın səviyyəsini yüksəltməyə, praktiki biliklərə yiyələnməyə, ictimaiyyətlə kommunikativ əlaqələri yaxşılaşdırmağa kömək edir”. “Cybernet” şirkətinin PR mütəxəssisi Polad Həmidov özəl şirkətlərin biznesinin inkişafı üçün sosial şəbəkələrin rolundan, şirkətlərin marketinq strategiyasının həyata keçirilməsi üçün sosial şəbəkələrin effektivlik dərəcəsindən danışıb. “Auto Azerbaijan” şirkətinin nümayəndəsi Əli Bədəlov “Vətəndaş cəmiyyətinin formalaşmasında marketinqin rolu. Almaniyada marketinq təcrübəsi” haqqında məlumat verib. Çıxışlardan sonra qızğın diskussiya və verilən məlumatların müzakirəsi aparılıb. Dəyirmi masa iştirakçıları həmçinin, ünsiyyətin qurulmasından və saxlanmasından, təşkilat və ictimaiyyət arasında qarşılıqlı anlaşma və əməkdaşlıqdan danışıb, ölkəmizdə ictimai əlaqələrin inkişafını müzakirə ediblər. Aksiya Korporativ Sosial Məsuliyyəti çərçivəsində təşkil edilib.
Qeyd edək ki, “Excelsior Hotel Baku” 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. Otel 1 “İmperial” – lüks, “Royal”- lüks, 4 “Crown”-lüks, 45 “Heritage”- delüks, 9 “Düke” standart otaqlarından, konfrans zallarından, biznes mərkəzlərindən, restoranlardan, “Aura” sağlamlıq mərkəzindən və s. ibarətdir.

İlkin




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info