Dünyada seçki məntəqələrində veb-kameraları ilk dəfə Azərbaycan tətbiq edib
Tarix: 15.12.2014 | Saat: 17:56:00 | E-mail | Çapa göndər


“Dünyada seçki zamanı məntəqələrdə veb-kameraların qoyulmasını ilk dəfə Azərbaycan tətbiq edib”. Bunu Mərkəzi Seçki Komissiyası (MSK) və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkilatçılığı ilə keçirilən “Jurnalistlərin seçki prosesində fəaliyyətlərinin əsasları” mövzusunda konfransda MSK sədrinin müavini Natiq Məmmədov deyib.
N. Məmmədov bildirib ki, bu texniki prosesin təşkili böyük vəsait və görüntülərdə fasiləsizlik tələb edir. Onun sözlərinə görə, hər hansı texniki problem səbəbindən seçki günü veb-kameralar vasitəsilə ötürülən görüntülərdə fasilə yaranırsa, buna seçkiyə qərəzli yanaşan qüvvələr tərəfindən necə yanaşılacağını təsəvvür etmək çətin deyil: “Azərbaycanın seçki məntəqələrinin 20 faizində veb-kameralar vasitəsilə internet üzərindən görüntüləri yayması böyük göstəricidir. Bir sıra ölkələr hazırda veb-kameraların tətbiqi üzərində düşünürlər. Digər tərəfdən, 50 min müşahidəçi çox ciddi rəqəmdir. 150 milyon əhalisi olan ölkələrdə 10 min müşahidəçi olur. Bizə lazımdır ki, KİV-lər belə həqiqətlərin çatdırılmasında elə vasitəçi olsunlar ki, burada tərəf kimi çıxış etməsinlər. Həqiqəti peşəkarlıqla, düzgün çatdırsalar, neytrallıq da, balans da təmin olunacaq. Bunun üçün həm seçki təşkilatçıları, həm də media mənsublarından peşəkarlıq tələb olunur”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
18.01.2019
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info