2015-ci ildə Almaniyada ermənilərə qarşı qabaqlayıcı tədbirlər keçiriləcək
Tarix: 15.12.2014 | Saat: 19:25:00 | E-mail | Çapa göndər


Azərbaycanın Almaniyadakı səfirliyində Azərbaycan diasporunun təmsilçiləri ilə görüş keçirilib. Səfirliyin və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin birgə əməkdaşlığı ilə təşkil edilmiş görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri İlham Məmmədov, Elnur Əliyev, Almaniyada fəaliyyət göstərən Azərbaycan və Türk diaspor təşkilatlarının, tələbə və gənclər təşkilatlarının təmsilçiləri iştirak edib. Görüşdə 2014-cü il ərzində səfirlik və diaspor təşkilatları tərəfindən birgə təşkil olunmuş tədbirlərin nəticələri və 2015-ci ildə həyata keçiriləcək layihələr müzakirə olunub. Azərbaycanın Almaniyadakı Fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri İlham Məmmədov, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi rəhbəri Samira Patzer-İsmailova çıxış edərək Almaniya ilə Azərbaycanın münasibətlərinin inkişafında diasporun rolu və fəaliyyətindən danışıblar.
Görüşdə Almaniyadakı Azərbaycan diaspor təşkilatlarının səfirliklə əməkdaşlıq istiqamətləri, AAKM-in fəaliyyəti, diaspor təşkilatlarının həyata keçirdiyi layihələr, 2015-ci üçün planlaşdırılan tədbirlər və digər maraq kəsb edən mövzulara dair müzakirələr aparılıb. Təbirdə iştirak edən cəmiyyət rəhbərləri 2014-cü il ərzində Almaniyada Xocalı soyqırımının tanıdılması, Ermənistanın işğalçılıq siyasəti, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin alman ictimaiyyətinə çatdırılması istiqamətində, eyni zamanda Azərbaycan tarixinin, mədəniyyətinin təbliği sahəsində görülmüş işlər haqqında məlumat verib, yeni layihələrlə bağlı təkliflər irəli sürüblər. Almaniyanın müxtəlif şəhər və əyalətlərində yaradılmış yeni diaspor təşkilatlarının rəhbərləri də çıxış edərək öz fəaliyyətləri, ideya və təklifləri barədə məlumat veriblər.
2015-ci ildə erməni diasporu və lobbisinin qondarma erməni soyqırımı ilə əlaqədar planlarına xüsusi diqqət ayrılıb, Almaniyada ermənilərə qarşı qabaqlayıcı tədbirlərin keçirilməsi və bu istiqamətdə ölkənin ictimai-siyasi qurumları ilə əlaqələrin genişləndirilməsinin, Azərbaycan və Türkiyə icmalarının birgə fəaliyyətinin koordinasiyasının vacibliyi vurğulanıb. Bundan başqa, 2015-ci ildə Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları ərəfəsində Almaniyada təbliğatın gücləndirilməsi, məlumatlandırma kampaniyasının genişləndirilməsi qərara alınıb. Bununla bağlı diaspor təşkilatlarına tövsiyələr verilib.
Sonda diaspor nümayəndələrinə Heydər Əliyev Fondu və Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən alman dilində nəşr edilmiş kitablar hədiyyə edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info