Güləş üzrə Azərbaycan çempionatı
Tarix: 15.12.2014 | Saat: 21:19:00 | E-mail | Çapa göndər


“Sərhədçi” İdman Olimpiya Mərkəzində böyüklər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatının ikinci gününün qalibləri müəyyənləşib.
Proqrama əsasən, yarışın ikinci günü sərbəst güləşçilər arasında 86, 97 və 125 kiloqram, yunan-Roma güləşçiləri arasında isə 59, 66 və 71 kiloqram çəki dərəcələrində 116 idmançı birincilik uğrunda mübarizə aparıb. Sərbəst güləşçilərin mübarizəsində Aleksandr Qostiyev (86 kq), Xetaq Qazyumov (97 kq), Cəmaləddin Məhəmmədov (125 kq), yunan-Roma güləşçilərinin yarışında isə Elman Muxtarov (59 kq), Həsən Əliyev (66 kq) və Rüstəm Əliyev (71 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Dünya Güləş Birliyinin qaydalarına əsasən keçirilən yarış Azərbaycan Güləş Federasiyası Hakimlər Kollegiyasının təyin etdiyi hakimlər tərəfindən idarə olunur. Bununla yanaşı, görüşlərin obyektiv idarə olunması məqsədilə Dünya Güləş Birliyinin beynəlxalq dərəcəli hakimlərinin də köməyindən istifadə edilir. Azərbaycan çempionatında ədaləti qorumaq üçün 10-a yaxın beynəlxalq dərəcəli hakim ölkəmizə dəvət edilib. Xüsusilə prinsipial qarşılaşmalarda onların xidmətindən istifadə olunur.
Yarışda çəki dərəcələri üzrə ilk 3 yeri tutan idmançılar federasiya tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunur. Həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb ediləcəklər.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
UEFA Çempionlar Liqası: Roberto Firmino “Liverpul“ klubuna qələbə qazandırıb
18.09.2018
UEFA Çempionlar Liqası: “İnter” və “Barselona“ qələbə qazanıblar
18.09.2018
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2018
UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı
18.09.2018
Azərbaycan üzgüçüsü dünya kubok yarışlarında qızıl medal qazanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info