“Tələbə yalnız elm öyrənməyə istiqamətlənməməlidir”
Tarix: 15.12.2014 | Saat: 23:28:00 | E-mail | Çapa göndər


Təhmin İbrahimov: “Universitetimizdə əsas prinsip yaxşı kadr olacaq gənclər yetişdirməkdir”

Bu gün əksər gənclərimiz yaxşı təhsil almaqla yanaşı ictimai işlərdə də aktiv olmağa çalışırlar. Təsadüfi deyil ki, Azərbaycanda ali təhsil alan tələbələrimiz arasında xaricdə təhsil almaq üçün müraciət edənlərin də sayı ilbəil artır. Bu, gənclərimizin artıq daha iddialı olmasından və yeni-yeni uğurların qapısını döymək istəklərindən xəbər verir. Belə istəkli və uğur formulunun sirlərini öyrənməyə çalışan gənclərdən biri də Təhmin İbrahimovdur. Bu aktiv gənclə olan müsahibəni oxuculara təqdim edirik.

-Özünüz barədə məlumat verərdiniz.
-Mən - İbrahimov Təhmin Əsgər oğlu 1 noyabr 1995-ci ildə Bərdə rayonunda anadan olmuşam. 2002-ci ildə Xırdalan şəhərində yerləşən Kəlbəcər rayonunun 20 saylı tam orta məktəbində 1-ci sinfə getmişəm. 2013-cü ildə həmin məktəbdə orta təhsilimi bitirib Azərbaycan İctimai-Siyasi Universitetinə daxil oldum və mənim ictimai fəaliyyətim də həmin universitetdə başlayıb. Azərbaycan İctimai-Siyasi Universitetinin Tələbə Gənclər Təşkilatında Sadiq Babazadənin sədrliyi ilə Şən və Hazırcavablar Klubunda rəhbər kimi fəaliyyətə başladım. Ali təhsil aldığım illərdə qazandığım uğurlar da məhz Azərbaycan İctimai-Siyasi Universitetinin Tələbə Gənclər Təşkilatındakı fəaliyyətimlə başlayıb. Lakin müəyyən səbəblərdən Azərbaycan İctimai-Siyasi Universiteti bağlandığına görə 2014-cü ilin 15 sentyabrından Bakı Asiya Universitetində təhsilimi davam etdirəsi oldum. Hazırda Bakı Asiya Universitetində təhsil alıram.
-Yeni universitetdə təhsil və tədrisin səviyyəsi necədir? Sizi qane etməyən nələrsə varmı?
- İstənilən ali təhsil ocağında problemlər, tələbəni qane etməyən məsələlər mütləq şəkildə olur. Mən hətta xaricdə təhsil alan dostlarla da əlaqələrim olarkən bu barədə müəyyən fikirləri onların da dilindən eşidirəm. Hazırda təhsil aldığım Bakı Asiya Universitetinə gəldikdə isə burada təhsil sistemi çətin olsa da, tələbələrə yaxşı təhsil verən müəllimlər çoxluğu bizi sevindirir. Universitetimizdə əsas prinsip yaxşı kadr olacaq gənclər yetişdirməkdir. Ən əsası bizim ali məktəbdə öz biliyinə, savadının gücünə bütün imtahanlardan keçməkdir. Buna görə də Bakı Asiya Universitetində təhsil almağım qürurvericidir.
-Dərslərə məsuliyyətlə yanaşdığınızı dediniz. İctimai işlərdə və ya idman tədbirlərində necə, aktiv iştirak edirsinizmi?
- Bu gün universitetlərdə ictimai tədbirlərin çoxluğu sevindirici haldır. Əlbəttə, tələbə yalnız elm öyrənməyə istiqamətlənməməlidir. İdman tədbirləri və ictimai işlərə də cəlb edilməlidir ki, yetkin gənclər hərtərəfli inkişaf etsinlər. Mən idmanla da aktiv maraqlanıram və ilk uğurlarımı hələ məktəb illərində ikən qazanmağa başlamışam. Futbol sahəsində seçilməyimə uğurlu fəaliyyətimə görə məktəbimizin yığma komandasına üzv oldum. 2010-cu ildə “Qarabağ” Futbol Klubunun təşkil etdiyi məktəblilərarası futbol çempionatında məktəbimizi təmsil edən komandada təmsil olundum və həmin çempionatda məktəbimiz 1-ci yeri qazandı. Bu mənim qazandığım ilk böyük idman uğuru idi. İndi də çalışıram ki, ali təhsil almaqla yanaşı universitetimizin idman tədbirlərində aktiv iştirak edib. İctimai fəaliyyətə gəldikdə isə bu istiqamətdə də digər fəal tələbələrdən geri qalmamağa çalışıram. Ümumiyyətlə, ictimai fəaliyyət dedikdə ilk ağlıma gələn Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqıdır(ATGTİ). Çünki ATGTİ mənə müəyyən mənada ictimai fəaliyyətin nə demək olduğunu aşıladı. 2014-cü ilin 17 fevral tarixində ATGTİ-nin Tarix işçi qrupunun idarə heyətində işləməyə başlamışdım. Həmin işçi qrupu ilə birgə uğurlarımız çox olub. Günü-gündən ATGTİ daxilində fəaliyyətimi daha da artırırdım. 4 sentyabrda isə ATGTİ daxilində yeni bir işçi qrupu yaratmağa müvəffəq oldum. Həmin tarixdən indiyəcən bu təşkilat daxilində fəaliyyət göstərən Mədəniyyət işçi qrupunda rəhbər fəaliyyəti göstərirəm. 6 nəfərdən ibarət idarə heyəti var ki, məhz Mədəniyyət işçi qrupunun əldə etdiyi uğurlarda həmin idarə heyətinin rolu çox böyükdür. Hazırda işçi qrupumuz böyük bir layihə üzərində işləyir. ATGTİ sədri Şahin İsmayılovun bizə göstərdiyi böyük qayğı nəticəsində tək mən yox, ATGTİ-nin bütün könüllüləri ictimai fəaliyyətdə öz sözlərini deməyə qadirdirlər. Çünki təşkilatımız bizə qeyri-real görünən çox şeyin real olmasına şərait yaradır.
“Azərbaycanda könüllülük mədəniyyəti günü-gündən artır”- Bu sözləri təşkilat sədrimiz Şahin İsmayılov qeyd edib. Mən də öz növbəmdə Şahin İsmayılovun sözlərinə qatılıram və həqiqətən də hiss olunur ki, könüllülük prinsipi əsasında çalışmağa istəyən gənclər çoxalıblar. İyun ayında paytaxtımızda baş tutacaq “Bakı 2015” ilk Avropa Oyunlarına universitetlərdən olan könüllü tələbələrin axınına şahid olmamaq qeyri-mümkündür. Bu isə çox sevindirici bir haldır.
-Bəs, ümumilikdə ölkədə gənclərimizə yaradılan şəraiti necə dəyərləndirərdiniz?
-Demək olar ki, günümüzün yarısını gənclərimizlə keçirdiyimiz üçün müşahidələrə əsaslanıb əminliklə deyə bilərəm ki, ölkəmizdə gənclər siyasəti günü-gündən artmaqdadır. Bu da həqiqətən çox sevindirici haldır. Regionlarda Gənclər evləri tikilir, gənclərimizin asudə vaxtlarını tinlərdə, pis vərdişlərdə keçirməmələri üçün idman kompleksləri yaradılır, gənclərlə işləyən QHT-lərə də xüsusi diqqət göstərilir. Gənclərə yaradılan şəraitləri sadalamaqla bitməz. Amma ən önəmlilərini qeyd etsəm deyə bilərəm ki, dövlətimizin gənclərə olan qayğısı nəticəsində yerli tələbələrin xaricdə təhsillərini davam etdirməsi işində də geniş imkanlar yaradılıb. Xaricdə təhsil almış tələbələrimiz, öz ətraflarında olan gənclərə də xaricdə təhsil proqramı barədə söz açaraq onları müəyyən qədər maarifləndirmiş olurlar.
-Özünüz necə, xaricdə təhsil almağı düşünürsünüzmü?
-Bəli, bu barədə bir çox gənc kimi mənim də öz istəyim, arzum var. Xaricdə təhsillə bağlı düşüncələrim var və bu istiqamətdə planlarım çoxdur. Bu mövzuda ailəmin mənə dəstəyinə də söz ola bilməz. Buna görə də, 2-ci ali təhsil və ya magistratura təhsilimi hər hansı bir xarici ölkədə almağı çox istəyərdim.
Bunu dövlətin dəstəyi ilə gerçəkləşdirə bilsəm, xüsusi proqram çərçivəsində başqa ölkədə təhsil təcrübəsinə yiyələnsəm, bu mənim üçün böyük uğur sayılacaq. Bu gün sayı-hesabı bilinməyən xaricdə təhsil alan gənclərimizin gələcəkdə Azərbaycan üçün hansı perspektivlər vəd etdiyini də təsəvvür etmək çətin olmaz. Bu “gənclər ordu”su Azərbaycanın gələcəkdə sağlam təməl üzərində durmasına təminatdır. Mən də bu “ordu”da olmaq istərdim! Əlbəttə ki, bunun üçün xeyli çalışmalıyam, dil biliklərimi daha da püxtələşdirməliyəm.
-Gələcəklə bağlı hansı planlarınız var?
-Gələcək planlarım çoxdur. Bir müddət könüllü fəaliyyəti göstərdikdən sonra özümü gömrük sahəsində görməyi çox istərdim. Böyük hədəflərimdən biri dövlət işində aktiv fəaliyyət göstərməkdir. Yəni Dövlət Gömrük Komitəsində çalışaraq bu sahənin mütəxəssisi kimi işləmək istərdim. Qarşıma qoyduğum məqsədlərin bir çoxuna nail olmuşam, xaricdə təhsildən sonra bu arzumun da real olacağına heç şübhəm yoxdur.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info