“Avropa İttifaqının maliyyə siyasəti tükənib”
Tarix: 15.12.2014 | Saat: 23:48:00 | E-mail | Çapa göndər


“ABŞ-da uzunmüddətli işsizlik aradan qalxmayıb, Avropa İttifaqının maliyyə siyasəti tükənib”. Bu sözləri İstanbulda keçirilən B-20 toplantısının açılışında Türkiyə baş nazirinin xəzinəyə və iqtisadiyyata cavabdeh müavini Əli Babacan deyib. Hazırda dünya iqtisadiyyatındakı ən böyük problemin etimad olduğuna diqqəti cəlb edən Ə. Babacan son dönəmdə ABŞ iqtisadiyyatında irəliləyiş olduğunun müşahidə edilməsinə baxmayaraq, uzunmüddətli işsizliyin hələ də qaldığını və bunun dünya iqtisadiyyatı üzərində neqativ təsirinin davam etdiyini vurğulayıb: “Avropada isə iqtisadiyyatın özünü toplaması zəif və qırılğan şəkildə gedir. Həyata keçirilən maliyyə siyasətinin limiti artıq tükənib. Mərkəzi Bankın istehsalçı və istehlakçıya verdiyi pulların geri dönüşündə irəliləyiş əldə edilə bilmir”. Bir müddət durğunluqdan çıxmış Yaponiya iqtisadiyyatının yenidən resessiya dönəminə girdiyini xatırladan Ə. Babacan, yaxın gələcəkdə üçüncü dünya ölkələrinin iqtisadiyyatının 3%-dən artıq böyüyə bilməyəcəyini proqnozlaşdırıb.
Qeyd edək ki, B-20 dünyanın ən güclü iqtisadiyyatına sahib olan ölkələrin yaratdığı G-20 təşkilatının iş adamlarını təmsil edən qurumudur. G-20-nin noyabrın axırında Avstraliyada keçirilmiş sammitində 2015-ci ildəki sədrlik Türkiyəyə keçmişdi. Sammitdə Türkiyəni baş nazir Əhməd Davudoğlu təmsil etmişdi.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”
21.09.2018
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info