“Ukrayna vətəndaşları əmək patenti olmadan Rusiyada işləyə bilməyəcəklər”
Tarix: 15.12.2014 | Saat: 23:57:00 | E-mail | Çapa göndər


Dmitriy Medvedev: “Ukraynalıların Rusiya ərazisində əmək fəaliyyəti ilə məşğul ola bilməməsindən Ukrayna iqtisadiyyatı ildə
11-13 milyard dollar itirəcək”


“Ukrayna Avropa Birliyi üçün “yoxsul Liza”dır”. Bu fikirlər Rusiyanın baş naziri Dmitri Medvedevin “Nezavisimaya qazeta”da dərc edilən “Rusiya və Ukrayna: yeni qaydalara əsasən həyat” adlı məqaləsində yer alıb. Baş nazir qeyd edib ki, Ukraynanın sosial və iqtisadi cəhətdən dağılma təhlükəsi nə Kremlin, nə də hər hansı digər siyasi məsləhətçilərin ixtirasıdır: “Kiyev üçün “ikinci 90-cı illəri” yaşamaq hələ qarşıdadır. Nə Avropa Birliyi, nə də Amerika Birləşmiş Şatları bu ölkəyə hətta “təcili ehtiyacları üçün” pul vermək arzusunda deyilər.
Bu, iqtisadi əməkdaşlıq münasibətlərindən fərqli olaraq, daha çox Avropa Birliyi üçün neo-müstəmləkəçilik münasibətlərinə bənzəyir. Avropa Birliyi Ukraynanı bərabərhüquqlu tərəfdaş kimi Avropa dövlətləri masasına dəvət etməyə tələsmir. Hətta masa kənarında oturmaq üçün stul da təklif etmir”. Baş nazir daha sonra Rusiya-Ukrayna münasibətlərini necə qurmaq barədə danışıb: “Rusiya Ukrayna iqtisadiyyatını ehtiva etməkdən artıq bezib. Təbii ki, bu belə davam edə bilməz. Bu, bizim üçün də sərfəli deyil, "inqilabi eyforiyaya” baxmayaraq, Ukrayna, Rusiya hesablarına görə, “Avropa kimi” qanuni ödəniş etməyi öyrənməlidir”.
Medvedevin sözlərinə görə, Ukrayna Avropa Birliyi ilə assosiativ əməkdaşlıq edəcəyi halda 15 milyard dollar itirə bilər: “Bu, Gömrük İttifaqı ölkələrinin öz bazarlarını qorumaq üçün cavab tədbirləri gördükləri təqdirdə baş verəcək. Nəticədə Ukrayna mallarının Rusiya, Belarus və Qazaxıstana ixracının radikal azalması müşahidə ediləcək. Avropa Birliyi ilə assosiativ əməkdaşlıq nəticəsində qaydalar fərqli olacaq və bu zaman Ukrayna fermerlərinin məhsulları Rusiya bazarlarına daxil ola bilməyəcək”. Rusiya ərazisində işləyən ukraynalı mövsümi işçilər məsələsinə toxunan baş nazir bildirib ki, təqribi hesablamalara görə, onların sayı 6 milyondan çoxdur. Medvedev qeyd edib ki, Ukrayna əhalisinin əksəriyyəti üçün Rusiya yeganə dolanışıq qaynağıdır: “Lakin Kiyevin atacağı addımdan asılı olaraq, Moskva bu qaynağın qarşısını almaq məcburiyyətində qala bilər”. Onun sözlərinə görə, Ukraynadan Rusiyaya işləməyə gələnlər üzərində nəzarət sərtləşdiriləcək. Baş nazir yazır ki, 2015-ci il yanvarın 1-dən etibarən Rusiyaya işləmək üçün gələn xarici vətəndaşların əksəriyyətini təşkil edən Ukrayna vətəndaşları əmək patenti olmadan işləyə bilməyəcəklər: "Altı ay ərzində onların ölkəmizdə 90 gündən çox qalmamalarına ciddi nəzarət ediləcək. Əvvəllər 3 ay Rusiya ərazisində qalıb, daha sonra ölkədən çıxıb, yenidən qayıdıb problemsiz işləmək olurdu. Bundan sonra belə olmayacaq. Sərhədçilərimiz Ukraynadan patentsiz işləmək üçün gələn "səyahətçilərə" xüsusi diqqətlə yanaşacaqlar". Hökumət başçısı bildirib ki, bu, Rusiyada işləyən ukraynalıların ölkələrinə pul köçürmələrinə böyük ziyan vuracaq. O qeyd edib ki, bu gün Rusiyada iş icazəsi olan 400 min Ukrayna vətəndaşı yaşayır. Medvedevin sözlərinə görə, ukraynalıların Rusiya ərazisində əmək fəaliyyəti ilə məşğul ola bilməməsindən Ukrayna iqtisadiyyatı ildə 11-13 milyard dollar itirəcək.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info