“Ermənistan toponimi və Hayk xalqı: saxtalaşdırma mənbələri” kitabının təqdimatı keçirilib
Tarix: 16.12.2014 | Saat: 16:47:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun təşkilatçılığı ilə rus dilində nəşr olunan “Ermənistan toponimi və Hayk xalqı: saxtalaşdırma mənbələri” adlı kitabın təqdimatı keçirilib. İnstitutun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva bildirib ki, kitabda göstərilən mövzular ermənilərin saxta tarixini sübut etmək baxımından yeni istiqamətlər verir: “Ermənilər bu il “soyqırım”ın 100 illiyini qeyd edəcəklər və biz də buna hazır olmalıyıq. Bu kitab bir alimin araşdırmasıdır. Belə kitablar yüzlərlə olmalıdır. Ümid edirəm ki, bu nəşrlər böyük işə öz töhfəsini verəcək. Ermənilər özlərini hayklar adlandırırlar. Hayklar haradan gəliblər, tarixləri necə olub, bu, çox qısadır. Bunların ermənilərə aidiyyəti yoxdur. Ermənilər həmişə başqa dövlətlərin tarixlərini mənimsəyiblər”. AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli deyib ki, 2015-ci il bütün Qafqaz üçün gərginliklər ili olacaq, çünki ermənilər özlərinin qondarma “soyqırım”ının 100-cü ildönümünü qeyd etməyə hazırlaşırlar: “Bu istiqamətdə artıq beynəlxalq təşkilatlara müraciətlər də var. Buna görə də bizim əks arqumentlərimiz sistemli olmalıdır”.
İ. Həbibbəyli qeyd edib ki, noyabrın 5-də AMEA-nın tərkibində Azərbaycanlılara Qarşı Soyqırımların Tədqiqi Komissiyası yaradılıb ki, bu komissiyanın fəaliyyəti ermənilərin azərbaycanlılara qarşı müxtəlif dövrlərdə törətdiyi soyqırımları sənədlərlə, faktlarla sübut edəcək: “Soyqırımla bağlı kitabların kataloqunu hazırlamaq istəyirik. Biz həm də bu istiqamətdəki nəşrlərimizin beynəlxalq təşkilatların ünvanlarına, kitabxanalarına göndərilməsinə çalışacağıq. Düşünürəm ki, gördüyümüz işlər faydalı olacaq”.
Sonra kitabın müəllifi Abbas İslamov məruzə ilə çıxış edib. O qeyd edib ki, kitabdakı məlumatlar faktlara, tarixi sənədlərə söykənir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info