Azərbaycan polad məhsulları ixracatçısına çevriləcək
Tarix: 16.12.2014 | Saat: 17:19:00 | E-mail | Çapa göndər


Gəncə şəhərində ən müasir standartlara uyğun polad istehsal kompleksi yaradılacaq. Bu kompleksin yüksək avtomatlaşdırma sistemi və ən yeni texnoloji avadanlıqlarla təchiz olunması nəzərdə tutulur. Bunu “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) sədrinin müavini vəzifəsini icra edən Elşən Cəfərov deyib. E.Cəfərov bildirib ki, QSC əvvəlcə polad istehsalına qədər bütün mərhələləri əhatə edən müasir zavodların və istehsal sahələrinin mühəndis-axtarış və layihələndirmə işlərini nəzərdən keçirib. Ötən müddətdə ölkənin polad məhsulları bazarında araşdırma aparılıb, daxili tələbat öyrənilib, istehsal meyarları aydınlaşdırılıb. Müəyyən olunub ki, Azərbaycana illik orta hesabla 1,2-1,3 milyon ton polad və polad məhsulları idxal olunur. Əsas idxalçı ölkələr Rusiya və Ukraynadır. Sədr müavini vurğulayıb ki, kompleksin müəssisələrində quraşdırılacaq bütün avadanlıqlar Yaponiya və ya Almaniyadan alınacaq. Hazırlanan polad məhsulları yüksək keyfiyyət standartlarına uyğun olacaq və ilkin mərhələdə daxili bazarın tələblərinin ödənilməsinə istiqamətləndiriləcək. İstehsal məhsullarının çeşidliliyi və rəqabətədavamlı olması onların daxili bazarla yanaşı, xarici bazarlara da çıxışını təmin edəcək. Bununla da polad məhsulları idxal edən Azərbaycan, qısa müddət ərzində ixracatçı ölkəyə çevriləcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Avstriya ilə memorandum imzalanıb
19.09.2018
Bakıda keçiriləcək yarmarkaya Qobustandan 2 ton bal çıxarılacaq
19.09.2018
Göyçayda sahibkarlar üçün treninq keçirilib
19.09.2018
Bakıda E-ticarət bacarıqlarının inkişaf etdirilməsi üzrə master-klas keçiriləcək
19.09.2018
“Ümid”dəki ikinci platformadan yeni quyu 2020-ci ildə qazılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info