Azərbaycan ABŞ-ın xeyriyyəçilik təşkilatına ianə verib
Tarix: 16.12.2014 | Saat: 17:44:00 | E-mail | Çapa göndər


Merilend ştatının ən böyük xeyriyyəçilik təşkilatı olan və yoxsullara qidalanmaq imkanı yaratmaqla məşğul olan Merilend Qida Bankına Heydər Əliyevin anım günü çərçivəsində Azərbaycan tərəfindən ianə edilib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, Qida Bankının Hökumətlə Əlaqələr üzrə Direktoru Nensi Smitlə görüşü zamanı Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov bu xeyriyyəçilik aktının Heydər Əliyevin xatirəsi günü ilə əlaqədar həyata keçirilməsinin təsadüf olmadığını qeyd edərək, ümummilli liderin sosial tərəqqi və xalqın rifahına daim böyük qayğı göstərdiyini bildirib. E.Süleymanov Azərbaycan rəhbərliyi tərəfindən aparılan uğurlu siyasət nəticəsində ölkəmizin iqtisadiyyatının gündən günə inkişaf etməsi və bunun nəticəsində ölkə əhalisinin yaşayış səviyyəsinin tədricən yaxşılaşdığı, həmçinin yoxsulluq səviyyəsinin son 15-20 il ərzində kəskin enərək 6 %-dan aşağı olduğunu həmsöhbətin diqqətinə çatdırıb. Bundan əlavə o, Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində doğma torpaqlarından didərgin düşmüş bir milyona qədər qaçqın və məcburi köçkünlərə hökumətin təşəbbüsü ilə müvəffəqiyyətlə həyata keçirilən proqramlar nəticəsində yeni evlərlə təmin olduqlarını bildirib.
N.Smit təmsil etdiyi təşkilat adından Azərbaycan hökumətinə böyük minnətdarlığını bildirib və Azərbaycanın ikinci ildir ki Merilend Qida Bankına ianə etməsini çox yüksək qiymətləndirildiyini söyləyib. Eyni zamanda o, Merilend Qida Bankının fəaliyyətindən danışaraq 1979-cu ildən fəaliyyət göstərən bu xeyriyyəçi təşkilatı vasitəsilə hər il ehtiyacı olanlara minlərlə ton qida məhsulları paylanıldığını və Merilend ştatında bu təşkilatın çox böyük nüfuza malik olduğunu söyləyib.
Bundan sonra səfir E.Süleymanova Merilend Qida Bankının anbarı nümayiş olunub və burada aparılan fəaliyyət ilə tanış edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Azərbaycanda doğum evlərində yeni standartlar tətbiq ediləcək
20.01.2019
Sabahın hava proqnozu açıqlanıb
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info