I Avropa Oyunlarında media nümayəndələri üçün növbəti güzəştlər
Tarix: 16.12.2014 | Saat: 17:45:00 | E-mail | Çapa göndər


2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarında media nümayəndələri üçün növbəti güzəşt açıqlanıb. Yarışın Təşkilat Komitəsindən verilən məlumata görə, mətbuat qurumları qanuni malları gömrük rəsmiləşdirməsindən keçirərək, heç bir rüsum ödəmədən Azərbaycana müvəqqəti gətirə biləcəklər.
Belə ki, “Bakı-2015” üçün gömrük proseduru çərçivəsində ölkəmizə gətirilən avadanlıqlar müvəqqəti olaraq burada qalacaq və oyunlardan sonra yenidən geri göndərilməlidir.
Həmçinin, yarışa görə Azərbaycana gətirilən mallar “Bakı-2015”də istifadə olunmalıdır. Belə malların kommersiya və gəlir əldə etmək məqsədilə hər hansı yolla istifadəsi, satışı, icarəsi qadağandı.

“Bakı-2015” üçün gömrük proseduru çərçivəsində ölkəmizə gətirilə biləcək malların növləri aşağıdakı kimidir:

- Təzə və istifadə olunmamış şəxsi əşyalar;
- Kompüter və fotoqrafiya avadanlıqları kimi professional avadanlıqlar;
- İdman geyimləri və uniformalar, idman alətləri, ərzaq məhsulları, dərmanlar;
- Bakı-2015-in gedişi ərzində hədiyyələr və mükafatlar kimi verilən və reklam, marketinq və ya digər qeyri-maliyyə məqsədli istehlak malları.
Aksiz tətbiq olunan mallar (məsələn: spirtli içkilər və tütün məhsulları) və dövriyyəsinə məhdudiyyət qoyulan müəyyən qisim malların idxalına icazə verilmir.
Qeyd edək ki, Avropa Oyunları zamanı media nümayəndələri ictimai nəqliyyatdan da pulsuz istifadə edəcəklər.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib
07.11.2018
Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
07.11.2018
Vərəsələrə verilmiş sığorta ödənişi ilə bağlı təsdiqedici sənədlər ictimaiyyətə təqdim olunub
07.11.2018
Tələbələrə adlı təqaüd təqdim edilib
07.11.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info