Yeni məzmunlu uşaq ədəbiyyatı ilə bağlı Yazıçılar Birliyinə təklif verilib
Tarix: 16.12.2014 | Saat: 17:48:00 | E-mail | Çapa göndər


Azərbaycanın uşaq ədəbiyyatında yeni məzmunlu şeirlərin, hekayələrin, nağılların yaradılmasına ehtiyac var. Təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib ki, uşaq ədəbiyyatı ilə bağlı yeni məzmunun yaradılması təhsil məmurları, işçiləri tərəfindən həyata keçirilə bilməz.
Nazirin sözlərinə görə, nə müəllimdən, nə də məktəb direktorundan dünya səviyyəli uşaq ədəbiyyatı yaratmaq tələb etmək olmaz: “Çünki xalqımızın bu sahə üzrə gözəl şairləri, yazıçıları, mütəxəssisləri var. Təhsil Nazirliyi olaraq biz dövlət adından Yazıçılar Birliyinə, müvafiq ittifaqlara, yazıçılara müraciət edirik ki, rəqabətli prinsiplər əsasında uşaq ədəbiyyatında yeni hekayələrin, müasir formatda olan ənənəvi hekayələrin, nağılların məzmunun yaradılmasına böyük ehtiyacımız var. Bu ehtiyacı öz tərəfimizdən duyuruq. Uşaq ədəbiyyatının yaradılması üçün bütün işləri, təşkilati məsələləri yerləşdirilməsini həyata keçirəcəyik. Bu gün bir çox məktəblərdə mütaliə klubları yaradılır. Bu yaxınlarda Təhsil Nazirliyi tərəfindən müsabiqə elan edilib. Bu müsabiqə yeni əsərlərin, uşaq ədəbiyyatının yaradılmasına maraq oyatmağa və canlandırmağa yönəlib. Bu məzmun yaradılarkən, müasirləşdirilərkən ondan müvafiq şəkildə tədris proqramlarında, dərsliklərdə və yaxud dərsdən kənar oxu, mütaliə fəaliyyətində istifadə etmək niyyətindəyik”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info