“Yahoo.news.canada” Bakının Avropa Oyunlarına hazır olmasından yazır
Tarix: 16.12.2014 | Saat: 17:56:00 | E-mail | Çapa göndər


“Bakı zəngin tarixə və çoxlu sayda görməli yerlərə malik çox gözəl şəhərdir”. Bu barədə “yahoo.news.canada” saytında dərc edilmiş məqalədə deyilir.
Məqalədə bildirilir: "Şəhər neft investisiyalarının artımı və çoxsaylı beynəlxalq layihələrdən gələn gəlirlər sayəsində özünün sürətli inkişaf dövrünü yaşayır. İdman tarixdə ilk Avropa Oyunlarını qəbul etmək buna hazır olan şəhərin prioritetlərindən biridir. Oyunların gələn il iyunun 12-28-də keçirilməsi planlaşdırılır".
Britaniya Olimpiya Assosiasiyasının sabiq icraçı direktoru, hazırda Azərbaycan paytaxtında Avropa Oyunlarına hazırlığa görə məsul şəxs bəyan edib ki, tədbirə hazırlığa görə narahat olmağa heç bir əsas yoxdur. Çünki yarışların keçiriləcəyi 18 obyektin əksəriyyəti hazırdır.
"Euronews” kanalının reportyoru Denis Kulikin süjetində qeyd edilir ki, “açılış və bağlanış mərasimlərinin keçiriləcəyi Olimpiya stadionu Avropa Oyunlarının simvoludur. Oyunlardan sonra o, Azərbaycanın futbol yığması üçün ev arenası olacaq və "Avro 2020"-nin 4 oyununu qəbul edəcək”.
Məqalədə deyilir ki, stadion 68 000 tamaşaçı üçün nəzərdə tutulub, layihənin dəyəri 500 milyon avrodan çoxdur. Layihənin baş mühəndisi Cavid Nəcəfov bildirib ki, tikinti 2015-ci ilin fevralınadək tamamlanmalıdır: “Azərbaycanda bu iri tikinti çox qısa vaxt ərzində həyata keçirilib. Ətrafda gördüklərinizin hamısı cəmi iki il ərzində tikilib".
Məqalədə qeyd edildiyi kimi, görünür, hətta Bakıdakı tıxaclar oyunların gedişinə mane ola bilməyəcək. Axı Londondakı Olimpiya Oyunlarında olduğu kimi, Bakıda da yalnız oyunların iştirakçıları və rəsmi şəxslərinin hərəkəti üçün xüsusi zolaqlar salınıb.
2015-ci il iyunun 12-dən 28-dək keçiriləcək "Bakı 2015" Avropa qitəsi üçün tarixdə birinci Avropa Oyunlarıdır, bir çox idman növündən ibarət olan cəzbedici və texniki cəhətdən mükəmməl olaraq hazırlanmış idman hadisəsidir.
Qeyd edək ki bundan öncə də bir sıra əcnəbi saytlar Bakının qısa zamanda sözügedən möhtəşəm yarışa hazır olmasından yazıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info