ABŞ Konqresində Ermənistanda antisemitizm və ksenofobiya haqda məlumat
Tarix: 16.12.2014 | Saat: 18:30:00 | E-mail | Çapa göndər


Texas ştatından olan konqresmen Stiv Stokman ABŞ Konqresinin Nümayəndələr Palatasında çıxış edərək, Ermənistanda etnik və dini azlıqlara münasibətdə tolerantlığın olmaması, habelə bu ölkədə antisemitizm problemini qaldırıb.
S.Stokman Nümayəndələr Palatasının spikerinə müraciət edərək bildirib ki, Ermənistan antisemitizm və milli azlıq təşkil edən azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini davam etdirir. Konqresmen beynəlxalq münasibətlər sahəsində israilli ekspert Arye Qutun keçən həftə “Algemeiner” qəzetində dərc olunmuş “Ermənistanda antisemitizm: birbaşa və aşkar təhdid” sərlövhəli məqaləsini qanunvericilərin diqqətinə təqdim edib.
Arye Qut həmin məqalədə Ermənistan cəmiyyətində antisemitizm və ksenofobiya ilə bağlı vəziyyəti təhlil edir. Müəllif Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Qarabağ regionunun işğal edilməsi və Ermənistan rəhbərliyinin suveren Azərbaycan dövlətinə qarşı təcavüzkar siyasəti, Ermənistan silahlı qüvvələrinin və quldur dəstələrinin Xocalıda törətdikləri cinayətlər, 613 nəfər dinc sakinin qətlə yetirilməsi barədə ətraflı məlumat verir.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info