Gömrükçülər risklərin idarə olunması sahəsində İsveçrə təcrübəsini öyrənirlər
Tarix: 16.12.2014 | Saat: 18:31:00 | E-mail | Çapa göndər


Gömrük orqanlarında effektiv menecment və biznes prosesləri üzrə alətlərin əldə olunmasına ehtiyac yaranıb. Bunlardan biri də müasir gömrük işində geniş istifadə olunan risklərin idarə edilməsidir.
Bu fikir Dünya Gömrük Təşkilatının Bakı şəhərindəki potensialın gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Risklərin idarə olunması” mövzusunda keçirilən seminarda səsləndirilib.
Dövlət Gömrük Komitəsindən bildiriblər ki, İsveçrə Federal Gömrük İdarəsinin ekspertlərinin apardığı seminar komitə əməkdaşları üçün nəzərdə tutulub. Məqsəd risklərin idarə olunması sahəsində İsveçrə təcrübəsinin öyrənilməsidir.
Seminarda çıxış edən komitənin Audit və risk analizləri idarəsinin rəisi Faiq Seyidov bildirib ki, müasir dövrdə iqtisadiyyat, informasiya və kommunikasiya texnologiyaları və digər sahələrdə gedən inkişaf prosesləri dövlət institutlarını bir çox çağırışlara cavab verməyi tələb edir.
Təlimin keyfiyyətindən danışan İsveçrə Federal Gömrük İdarəsinin mütəxəssisi Thomas Fischer qeyd edib ki, risklərin idarə olunması məfhumunun dərindən öyrənilməsinə və bu sahədə biliklərin genişləndirilməsinə diqqət yetiriləcək. Seminarda İsveçrə tərəfinin təqdim etdiyi məruzələrin dinlənilməsi, eləcə də Azərbaycan gömrük əməkdaşları ilə təcrübə və fikir mübadiləsinin aparılması nəzərdə tutulub.
Seminar dekabrın 19-da başa çatacaq.

Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Göyçayda xurma bağlarından yığılan məhsul Rusiya bazarlarına göndərilir
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
“Ölkəniz möhtəşəm inkişaf edir”- YENİLƏNİB
24.09.2018
“Bloomberg”: “Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri arasındadır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info