Bişkekdə ulu öndər Heydər Əliyevin anım günü keçirilib
Tarix: 16.12.2014 | Saat: 19:06:00 | E-mail | Çapa göndər


Azərbaycanın Qırğızıstandakı səfirliyi İşenalı Arabayev adına Qırğız Dövlət Universitetində ulu öndər Heydər Əliyevin vəfatının on birinci ildönümü ilə əlaqədar böyük mərasim keçirib. Tədbirdə Qırğız Respublikası Prezident Aparatının, hökumətinin təmsilçiləri, Parlamentin deputatları, ictimai-siyasi xadimlər, universitetin professor-müəllim heyəti, tələbələr, bu ölkədəki Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak ediblər. Tədbirin əvvəlində mərasim iştirakçıları universitetin foyesində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətlərini əks etdirən fotoşəkillərdən ibarət sərgiyə baxıblar. Sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı sənədli film nümayiş etdirilib. Mərasim iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Mərasimin açılışını edən İşenalı Arabayev adına Qırğızıstan Dövlət Universitetinin rektoru Tolobek Abdıraxmanov qeyd edib ki, Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı idi. Heydər Əliyev fenomeni, onun şəxsiyyətinin ucalığı, fövqəladə idarəçilik qabiliyyəti, yüksək intellekti nəticəsində dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri arasında onun adı həmişə birincilər sırasında çəkilib. Ən məşhur, tanınmış siyasətçilərin reytinqinin müəyyənləşdirilməsi üçün aparılan beynəlxalq sorğularda, siyasi institutların, sosioloji mərkəzlərin araşdırmalarında Heydər Əliyevin adının birincilər sırasında yer tutması onun siyasətdə, həyatda, dövlətçilik təcrübəsində qazandığı uğurların təsdiqi idi.
Azərbaycanın Qırğızıstanda səfiri Hidayət Orucov ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolu, Azərbaycanın tarixindəki müstəsna rolu haqqında məlumat verib. O, ulu öndərin həm keçmiş SSRİ dövründə, həm də müstəqillik illərində respublikamıza rəhbərlik etdiyi illərdə əldə olunan uğurlardan danışıb. Heydər Əliyevin keçmiş SSRİ-nin rəhbərlərindən biri olduğunu diqqətə çatdıran səfir ulu öndəri dünya şöhrətli siyasi xadim, böyük nüfuza malik olan dövlət xadimi kimi xarakterizə edib. Bildirib ki, Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində müstəsna xidmətləri olub. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Heydər Əliyevin təşəbbüslərindən danışan səfir deyib ki, BMT Təhlükəsizlik Şurası Ermənistan hərbi qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması, məcburi köçkünlərin ev-eşiklərinə qaytarılması ilə əlaqədar dörd qətnamə qəbul edib. Lakin işğalçı Ermənistan dövləti hələ də bu sənədləri yerinə yetirmir və bununla da dünya ictimaiyyətinə meydan oxuyur. Səfir böyük dövlət xadimi Heydər Əliyevin qırğız xalqına da xüsusi diqqət və məhəbbət ilə yanaşdığını dilə gətirib.
Diplomat bildirib: “Ulu öndər Heydər Əliyev deyirdi: Manasın dili – bizim ümumi dilimizdir. Biz kökü bir, dili bir olan xalqlarıq”. Tədbirdə çıxış edən Qırğız Respublikası Xarici İşlər nazirinin müavini Erines Otorbayev qeyd edib ki, Heydər Əliyevin Azərbaycan Respublikasının bərpasında və inkişafında böyük rolu olub. Heydər Əliyev bütün həyatını xalqına, vətəninə və dövlətinə xidmət eləməyə həsr etmişdir. Nazir müavini bildirib ki, Heydər Əliyev təkcə Azərbaycan Respublikasının Prezidenti deyil, həm də bu ölkəni vətəndaş müharibəsindən xilas edən, ölkənin bərpasına səbəb olan biri idi. Buna görə də Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideridir.
Sonra Türkiyə Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Mətin Kılıç çıxış edərək Heydər Əliyev kimi dahi və ölməz liderin anım günündə çıxış etməyin özü üçün böyük şərəf olduğunu bildirib. Mətin Kılıç Heydər Əliyevin dediyi “bir millət, iki dövlət” gerçəkliyinin hər zaman qorunub, saxlanacağını qeyd edib. Səfir qeyd edib ki, Heydər Əliyev ən çox işğal olunmuş torpaqların geri qaytarılmasını istəyirdi və bu məsələ hər zaman onun diqqət mərkəzində idi. Biz də Heydər Əliyevin bu son istəyini yaxın vaxtlarda həyata keçirib, ona layiq olduğumuzu təsdiqləyəcəyik.
Qırğız Xalqları Assambleyasının sədri, akademik Bektemir Murzuibraimov, Tarix və Sosial hüquqi təhsil İnstitutunun direktoru Nazira Kurmanova, Qırğız-Türk Manas Universitetinin rektoru, professor Sebahaddin Balcı, Qırğız Respublikası Əməkdar inşaat xadimi, İkinci Dünya müharibəsi veteranı Əsəd Həsənov və başqaları dahi rəhbər Heydər Əliyevin fenomen bir şəxsiyyət olmasından, onun təkcə Azərbaycan xalqı deyil, bütövlükdə türk dünyası qarşısındakı xidmətlərindən söhbət açıblar.
Nigar






 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info