Binəqədidə Çingiz Abdullayevlə gənclərin görüşü keçirilib
Tarix: 16.12.2014 | Saat: 19:53:00 | E-mail | Çapa göndər


YAP Binəqədi rayon Təşkilatında Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı, hüquq elmləri doktoru Çingiz Abdullayevlə gənclərin görüşü keçirilib.
Tədbir Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı, Binəqədin rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası tərəfindən təşkil olunub. Tədbirdə YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Təlim tərbiyə işləri üzrə prorektoru, dosent Sirac Məmmədov, müəllim və tələbələri, eləcə də YAP Binəqədi rayon Təşkilatının gənc fəalları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov tədbir iştirakçıları adından məşhur yazıçı Çingiz Abdullayevi salamlayaraq gənclərlə belə maarifləndirici görüşün keçirilməsinin əhəmiyyətindən, bu cür görüşlərin gənclərin mənəvi inkişafına verdiyi töhfədən danışıb. O, Çingiz Abdullayevin əsərlərinin təkcə Azərbaycanda deyil, eləcə də MDB və bütün dünya miqyasında maraqla oxunduğunu, yazıçının əsərlərinin gənclər arasında olduqca məşhur olduğunu qeyd edərək yazıçı haqqında ətraflı məlumat verib. Natiq Çingiz Abdullayevin 600-dən çox kitabın müəllifi olduğunu, onun kitablarının 30 milyona yaxın tirajla dünyanın müxtəlif dillərinə tərcümə olunduğunu və MDB ölkələri, Almaniya, İrlandiya, Fransada böyük tirajla buraxıldığını qeyd edib. Ramiz Göyüşov tanınmış yazıçının 200-ə qədər romanın, 60-dan çox kinonun ssenari müəllifi olduğunu, onun əsərləri əsasında 2 filmin və 7 serialın çəkildiyini gənclərin diqqətinə çatdırmışdır. Rayon Partiya Təşkilatının sədri yazıçının yazdığı detektiv əsərlərin dünyanın hər yerində bütün yaş təbəqələrindən olan oxucular tərəfindən maraqla qarşılandığını qeyd edib.
Sonra çıxış edən tanınmış yazıçı Çingiz Abdullayev gənclərə öz həyat və yaradıcılığı haqqında ətraflı məlumat vermişdir. Çingiz Abdullayev ötən il ən çox satılan 10 kitabın 9-nun müəllifinin məhz onun olması faktını sevindirici hal kimi gənclərin diqqətinə çatdırıb.
Çıxışında bir çox mühüm mövzulara-cəmiyyətdə maarifçilik, təhsil və mədəniyyət kimi məsələlərə toxunan yazıçı bir sıra dövlətlərdə gənclərin kitab oxumağa olan marağının yüksək olduğunu, ölkəmizdə də gənclərin daha çox kitab oxumasının vacibliyini vurğulamış və Azərbaycanda kitab mağazalarının sayının artırılmasının əhəmiyyətindən danışıb.
Tədbir gənclərin müxtəlif mövzularda tanınmış yazıçı Çingiz Abdullayevə suallar ünvanlaması ilə davam edib. Sonda yazıçı müəllifi olduğu əsərləri imzalayaraq gənclərə hədiyyə edib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info